Ermənistan Konstitusiya Məhkəməsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə sazişə dair qərar qəbul edib.
Xəbər verir ki, məhkəmə Ermənistanla ABŞ arasında imzalanmış çərçivə sazişindən irəli gələn öhdəliklərin ölkə Konstitusiyasına zidd olmadığı qənaətinə gəlib.
Məsələyə baxılması üçün üç gün nəzərdə tutulsa da, Konstitusiya Məhkəməsi qərarı bir sutkadan az müddətdə çıxarıb. İş yazılı prosedurla, şifahi dinləmələr keçirilmədən araşdırılıb. Ermənistan mediası qərarın sentyabrın 16-da elan olunduğunu bildirib.
TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın cənubundan keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin qərarından sonra sazişin ratifikasiya üçün Ermənistan parlamentinə təqdim olunması gözlənilir. Ermənistan hökuməti ratifikasiya prosesinin bu ardıcıllıqla aparılacağını daha əvvəl açıqlamışdı