YAP Laçın rayon təşkilatı Tərtərin Şıxarx qəsəbəsində səyyar görüş keçiribYAP Laçın rayon təşkilatının Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Laçın sakinləri və partiya fəalları ilə növbəti səyyar görüşü keçirilib. Rayon sakinləri onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına təşəkkürlərini bildirdilər. Görüş iştirakçıları 30 ilə yaxın dövrdə yaşadıqları Vətən həsrətinə son qoyulmasının sevincini bölüşdülər. Qeyd olundu ki, Şıxarx qəsəbəsində 44 Günlük Vətən müharibəsinin acı fəsadlarının izləri hələ də qalmaqdadır. Mənfur düşmənin dinc sakinlərimizin yaşadıqları qəsəbəyə atdıqları raket, top mərmiləri, qəlpələri hələ də binaların fasadlarında və daxilində soyuq izlərini saxlayır. Bu vəhşilikləri unutduran yalnız qələbə sevinci, torpaqlarımızın işğaldan azad olunmasıdır.
Sakinlər hər bir Azərbaycan vətəndaşına Möhtəşəm qələbəni yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan silahlı qüvvələrinin şəxsi heyyətinə dərin minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, Rəşadətli Ordumuzun gücü, şəhidlərimizin qanı bahasına azad olunan doğma yurdumuzda əbədi yaşamaq hər kəsin arzusudur. Azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri və “Böyük Qayıdış” tezliklə hər bir laçınlını öz ata-baba yurduna əbədi qovuşduracaq.