Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar YAP Laçın rayon təşkilatının keçirdiyi silsilə tədbirlər davam edir.
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində, 8 dekabr 2023 - cü il tarixdə YAP Laçın rayon təşkilatının əməkdaşları və bir qrup gənc fəal Agcəbədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.