Bu istiqamətdə prospekt və küçələrin əsaslı təmiri işləri çərçivəsində Ağstafa şəhərinin növbəti üç küçəsinə, M.Ə.Sabir, Xətai və Mərdan Əsgərov küçələrinə asfalt-beton örtük qatı salınmışdır. Küçələrdə həmçinin müasir işıq dirəkləri ilə mərkəzi işıqlandırma sistemləri quraşdırılmışdır.
İşlərin davamı olaraq Əmrah Əhmədov, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində, həmçinin Rafiq Alıcanov küçəsinə aid döngədə asfalt-beton örtük qatının salınması üçün hazırlıq işləri davam etdirilir.