
Mayın 19-da Almaniyada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 8041-ə çatdı.
XƏBƏRNUR xəbər verir ki, bu barədə Johns Hopkins Universitetinin məlumatında deyilir.
Almaniyada son bir gündə 513 adamda koronavirus aşkar edildi.
Ölkədə yoluxanların ümumi sayı 176,5 min nəfərə yüksəldi. Eyni zamanda, cəmi 155,700 nəfər sağaldı, onlardan təxminən 1,1 mini son 24 saat ərzində virusdan yaxalarını qurtardı.