Rusiyada koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib.[img=left]
[img=left]https://img.milli.az/2020/06/21/859917.png[/img][/img]
XƏBƏRNUR Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 7 176 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 606 881 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 513 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 368 822 nəfər virusdan sağalıb, 229 546 nəfərin müalicəsi isə davam edir.