
Pakistanın Səhiyyə naziri Zəfər Mirzə koronavirusa yoluxduğunu açıqlayıb.
XƏBƏRNUR oxu.az-a istinadən xəbər verir ki, "Mənim COVID-19 testimin nəticələri müsbət çıxıb. Həkimin məsləhəti ilə evdə təcrid olunmuşam və bütün ehtiyat tədbirlərini görmüşəm. Yüngül simptomlar var", - deyə nazir "Twitter" hesabında yazıb.