• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Beyrutdan Dağlıq Qarabağa uzanan erməni təhlükəsi - ARAŞDIRMA

Gündəm

23-09-2020, 13:14

Beyrutdan Dağlıq Qarabağa uzanan erməni təhlükəsi - ARAŞDIRMA

Ermənistanın kütləvi informasiya vasitələri və Rusiyanın bir sıra media strukturları həftələrdir ki, "Suriyadan yaraqlıların Azərbaycana göndərilməsi" yalanını tirajlayırlar. Gerçək is tam fərqli və təhlükəlidir.

Ermənistanın xüsusi xidmət orqanları Suriya və Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa, habelə işğal altında olan digər Azərbaycan ərazilərinə köçürülməsini davam etdirirlər. Yaxın vaxtlarda daha bir neçə ailənin Şuşa, Əsgəran və Xankəndidə yerləşdirilməsi nəzərdə tutulub. Planda Kəlbəcər və Laçın rayonlarında da livanlı erməni ailələrə evlərin ayrılması var.

Livan və Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsinin maliyyə dəstəyi ilə "öldüyü" deyilən və bu dezinformasiyanı yayan Ermənistanla xarici ölkələrdəki erməni diasporunun bütün iddialarına rəğmən, Yaxın Şərqdə, xüsusilə də Livanda aktiv fəaliyyət göstərən "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (Armenian Secret Army for the Liberation of Armenia, ASALA) terror təşkilatı məşğul olur.

Livanda artıq 6 mikromaliyyələşdirmə fondu yaratmış ASALA prosesə ABŞ və Avropadakı erməni diaspor təşkilatlarını da cəlb edib. "Köklərə qayıdış" şərti adlı bu əməliyyat Fransadakı ermənilər arasında böyük rəğbətlə qarşılaşıb.

Bəzi iddialara görə, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları da erməni diasporunun rəhbərləri ilə kuluar söhbətlərində proseslə maraqlandıqlarını vurğulayıblar.



Ermənistan tələsir. İrəvanın məqsədi Dağlıq Qarabağ münaqişəsi zonasında maksimum gərginlik yaratmaq, Rusiyanı və Türkiyəni münaqişənin aktiv fazasına cəlb etmək, sonra situasiyadan bəhrələnərək Azərbaycanın yeni ərazilərini işğal etməyə cəhd göstərməkdir.

Ermənilər anlayırlar ki, Cənubi Qafqazda, cənub sərhədlərinin yaxınlığında proseslərin axarından çıxması Rusiyanı ciddi narahat edəcək.

Moskva artıq 27 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının onun üçün hansı təhlükələrə səbəb olacağını bildiyindən danışıqlar prosesini ləngidir, Ermənistanın tam zəif duruma düşməsinə imkan vermir və Cənubi Qafqazdakı "forpost"unun ABŞ ilə Avropa Birliyinin təsir dairəsinə düşməsinə imkan verməməyə çalışır.

PKK terror təşkilatının Suriyadakı bölməsi olan "Demokratik Birlik Partiyas"sının ("Partiya Yekîtiya Demokrat", PYD) və "Xalq Özünümüdafiə Dəstələri"nin ("Yekîneyen Parastina Gel", YPG) terror birləşmələrinin mənsublarının da Dağlıq Qarabağa cəlb edilməsi ilə məşğul olan Ermənistanın əsas məqsədi Türkiyənin səbr kasasını daşdırmaqdır.

Çünki Ankara heç zaman və heç bir vəchlə razı olmaz ki, Türkiyənin Qafqazdakı sərhədlərinin yaxınlığında PKK aktivləşsin.

Türkiyənin Cənubi Qafqazda fəallaşması isə, təbii ki, avtomatik olaraq Rusiyanın narazılığına səbəb olacaq, bu da Rusiya-Türkiyə münasibətlərində yeni gərginləşmə ilə sonuclana bilər.

Rusiya bunu əsla istəmir, çünki NATO üzvü olan ölkələr arasında Türkiyə hazırda Moskva üçün ən əlverişli, Cənubi Qafqazda müzakirələr və danışıqlar aparmağa effektiv tərəfdaşdır.

İrəvanı da çılğına döndərən budur: ermənilər Moskva ilə Ankara arasında regional qarşıdurma yaratmaq üçün əllərindən gələni edirlər.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbdən aldığı göstərişləri yerinə yetirərək Moskvanı Baltikadan tutmuş, Qafqazadək NATO ölkələri ilə uzunmüddətli, çox məsrəfli proksi-qarşıdurmalara cəlb etməyi arzulayır.

Fransa məhz buna görə kəşfiyyatı səviyyəsində Ermənistana yardım edir.

Ermənistanı hələ də dəstəkləyən Rusiya üçünsə sonuc çox pis ola bilər: Moskva etibarlı qonşusu və strateji tərəfdaşı olan Azərbaycanı itirmək təhlükəsi ilə üzləşə bilər.

İrəvan bunu anladığından hibrid informasiya savaşına keçib.

Məsələn, "Yüzlərlə suriyalı yaraqlı Azərbayana gətirilib" tipli dezinformasiya bu qəbildən olan məsələdir.



Beyrutdakı "Əl Modon" saytı "Suriyalı yaraqlılar Azərbaycana göndərilir" adlı məqalə dərc edib. Məqalədə yük-nəqliyyat təyyarəsindəki onlarla suriyalının fotosu da var.

Sayt yazır: "Türkiyənin göstərişi ilə Suriyaza yaraqlılardan ibarət dəstələr formalaşdırılır, zəngin döyüş təcrübəsi olan bu adamlar Azərbaycana göndərilirlər. Yaraqlılar Azərbaycana həvəslə gedirlər. Çünki Liviya ilə müqayisədə, Azərbaycan daha yaxşı və sakit ölkədir. Üstəlik, Liviyada vuruşanlarla müqayisədə Azərbaycana gedənlərə Türkiyə daha çox pul verir. Türkiyənin Qaziantəp şəhərindən 300 suriyalı yaraqlı artıq Azərbaycana yollanıb".

Bu xəbəri Rusiyada ermənilərin aşkar və dolayı nəzarətindəki media strukturları həvəslə yayıblar. Və həmişə olduğu kimi, "Federal Xəbərlər Agentliyi" (RİA-FAN) xüsusilə fərqlənib.

Beyrutdan Dağlıq Qarabağa uzanan erməni təhlükəsi - ARAŞDIRMA

Ermənilərin və Ermənistanın maraqlarına xidmət edən strukturlarla şəxslərin sosial şəbəkə akkauntlarında, o cümlədən Telegram kanallarında bu "xəbər" sürətlə yayılmaqdadır.

RİA-FAN-ın jurnalisti, Ermənistana və ermənilərə "müstəsna rəğbəti" ilə seçilən Abbas Cümə kimilər də artıq iki gündür "Suriyalı yaraqlılar Azərbaycana daşınır" dezinformasiyasını yazır, paylaşır, şərh edirlər.



"Əl Modon"un baş redaktoru Sateh Nurəddinlə əlaqə saxladıq. "Azərbaycana göndərilən suriyalı yaraqlılar"la bağlı məlumatı haradan aldığını soruşanda isə o, informasiyanın Beyrutdakı "Əl Mərsad" xeyriyyə-ictimai təşkilatından gəldiyini söylədi.

"Əl Mərsad" eyniadlı xəbər saytına da malikdir və "Əl Modon" məhz ona istinadən xəbəri yayıb.

Xəbəri dəqiqləşdirmək istədikdə yenə də mücərrəd cavablar aldıq.

"Suriyalı yaraqlılar məsələsini bizə tapşırıblar, onunla biz məşğuluq" dedilər və bu açıqlama, əslində, etirafdır.

Beyrutdan Dağlıq Qarabağa uzanan erməni təhlükəsi - ARAŞDIRMA

Çünki məhz "Əl Mərsad" və "Əl Modon" son aylarda Livandakı erməni diasporunun ən aktiv əməkdaşlıq etdikləri yerli media strukturlarıdır. İş o yerə çatıb ki, Livanın paytaxtı Beyrutda ermənilərin kompakt yaşadıqları əsas məkan olan Bürc Həmud səmtində "Əl Mərsad"a yerli erməni Jorj Aslanyana məxsus 11 mərtəbəli binanın iki mərtəbəsi "çox güzəştli şərtlərlə" kirayəyə verilib.

Sənədlərdə "kirayə" yazılsa da, Aslanyan o mərtəbələri "Əl Mərsad"a bağışlayıb. Təbii ki, Beyrutdakı bu təşkilatın və media strukturunun ermənilərin maraqlarını media ilə bahəm, sosial şəbəkələrdə tam müdafiə və təbliğ etmələrinin müqabilində.

Ermənistanın və erməni diasporunun sifarişi ilə belə absurd "xəbər"i dərc edən Beyrut saytları suriyalı yaraqlıların Azərbaycana göndərilməsində Türkiyənin motivasiyasının nə olduğu barədə də suallar cavabsızdır. Səbəb - cavablar, ümumiyyətlə, ola bilməz. Yalanın və absurdun izahı çətin olduğu üçün.

Trivianl məntiq belə, zavallı ermənilərə yaddır. Bir düşünün: Suriyadan yüzlərlə yaraqlı guya Azərbaycana göndərilir, amma bu barədə Suriyada heç bir YouTube kanalı, xəbər saytı məlumat yaymayıb. Heç bir suriyalı ərəbin sosial şəbəkə akkauntunda bu barədə nə bir kəlmə, nə bir foto və ya videokadr yoxdur.

Suriyadakı yaraqlıların istisnasız olaraq hamısında smartfon olduğunu, onların tam əksəriyyətinin "macəra"larını çəkib sosial şəbəkələrdə paylaşmağı sevdiklərini nəzərə alsaq, belə sükutun yeganə izahı var: Suriyadan kimsə Azərbaycana göndərilmir.
Beyrutdan Dağlıq Qarabağa uzanan erməni təhlükəsi - ARAŞDIRMA


Əvəzində Suriyadan YPG və PYD terrorçuları Dağlıq Qarabağa yollanır, orada məskunlaşırlar.

Gerçək budur.

Ermənistan rəhbərliyi bilərəkdən belə yalanları yaydırır, tirajlatdırır və Türkiyə ilə Azərbaycanı əsəb sınağına çəkmək istəyir.

Ermənistan Azərabycana qarşı növbəti təxribatlara hazırlıq görür.

Bunu bilməli və əsla unutmamalı, hazırlıqlı olmalıyıq.

Elçin Alıoğlu
Milli.Az

Oxunub: 628
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-08-2020, 09:51

Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağdı

Siyasət

2-08-2020, 17:36

Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb

Siyasət

5-07-2020, 15:26

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Cəmiyyət

17-05-2020, 13:47

LAÇIN RAYONUNUN IŞĞALINDAN 28 IL ÖTÜR

Gündəm

17-05-2020, 11:49

LAÇIN RAYONUNUN IŞĞALINDAN 28 IL ÖTÜR

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Dün, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • Dün, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • Dün, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • Dün, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • Dün, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • Dün, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • Dün, 09:10
    "Brent" ucuzlaşdı
  • Dün, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • Dün, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • Dün, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • Dün, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • Dün, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • Dün, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • 24-06-2026, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • 24-06-2026, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • 24-06-2026, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
  • 24-06-2026, 15:03
    Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi
  • 24-06-2026, 14:52
    Prezident Numan Kurtulmuşu qəbul etdi
  • 24-06-2026, 13:31
    Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
  • 24-06-2026, 12:07
    Qarabağ Universitetində yeni təyinat
  • 24-06-2026, 11:25
    İllik inflyasiya hədəfi - Açıqlandı
  • 24-06-2026, 11:21
    Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS
  • 24-06-2026, 11:18
    Sahibə Qafarova İslam ölkələrinə çağırış etdi
  • 24-06-2026, 09:37
    Valyuta bazarında son vəziyyət: avro gerilədi...
  • 24-06-2026, 09:21
    Türkanda avtomobil piyadanı vuraraq öldürdü
  • 24-06-2026, 09:17
    Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
  • 24-06-2026, 09:14
    İlon Mask trilyonçu statusunu itirdi
  • 24-06-2026, 09:11
    İranın parlament sədri Azərbaycana gəldi
  • 24-06-2026, 09:09
    "Brent" ucuzlaşdı
  • 24-06-2026, 09:07
    Prezident onları təltif etdi - SƏRƏNCAM
  • 24-06-2026, 09:04
    Ziya Öztürkler Bakıdadır
  • 24-06-2026, 09:02
    Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
  • 24-06-2026, 08:58
    Ronaldo rekorda imza ATDI
  • 23-06-2026, 16:58
    Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
Daha çox
Dün, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
24-06-2026, 13:31
Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
Dün, 09:15
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
23-06-2026, 13:27
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. 23.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə