Qarabag Qazisinin evinin tikintisi niyə yarımçıq qalıb?
30 Sentyabr 2020- ildə ikinci Qarabağ müharibəsi zamanı erməni ordusu tərəfindən açılan artilleriya atəşi nəticəsində Qazi adına ucalan Əhmədli Rəşad Taleh oglu evinin bərpa edilməməsindən şikayətçidir.
“xebernur.com ”ya müraciət edən Qazi bildirib ki, “ evimi özüm çətinliklə tiksəmdə ancaq imkansızlıqdan evim yarımçıq qalıb.
Sabirabad rayonunun İcra başçısı Suraqəddin Cabbarov məni görməzdən gəlir. Bunun üçün də məndə öz imkanlarımızın daxilində evi müəyyən qədər təmir edə bildim, ancaq daha imkanım yoxdur çox çarəsizəm.
Dəyərli Azərbaycanın mərd insanları xahış edirəm evimin tikilməsinə dəstək olun məndə bir az insan kimi rahat yaşaya bilim.
Qeyd edim ki, mən Qazi olan gündən rayon rəhbərliyindən qapımızı açan yoxdur”.
Kaş Şəhid olaydım amma bu haqsızlıqları görməyəydim.