
Paytaxtla yanaşı, bölgələrdə də #yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin #təbii qazla təmin edilməsi istiqamətində işləri sürətlə davam etdiririk. Bu gün #Salyan rayonunda 9 yaşayış binasının qazlaşdırılmasının açılış mərasimi baş tutdu. Tədbirdə müavinlərim, #Birlik yanında yaradılan "#İctimai Şura"nın sədri Xəyal Bəşirov və sədrin müavini, Salyan Rayon Icra Hakimiyyetinin başçısı Sevindik Hətəmov da iştirak etdi. Rayonun 20 #Yanvar və "RTS" adlanan küçələrində yerləşən 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli #sistem əsasında ümumilikdə 2882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə #qaz xətti çəkilib. Hər bir mənzilə sonradan ödənişli #sayğac quraşdırılıb. Qeyd edim ki, bu cür müraciətlərlə bağlı aksiyalarını davam etdirəcəyik.