Bu gün Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun və rayonun Sumqayıt şəhəri , Abşeron rayonu ərazisində yerləşən ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə “3-cü dozanın ( buster doza) əhəmiyyəti" adlı görüş təşkil edilib. Görüşdə 3-cü doza vaksin vurulmasının əhəmiyyəti ilə əlaqədar məktəblərdə marifləndirici söhbətlərin aparılmasının vacibliyi ilə əlaqədar məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilib.