• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi.

Gündəm

26-07-2022, 15:21

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımız ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perispektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.
Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə- müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.
Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıb. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan dilinin və əlifbasının qorunub saxlanılması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələsidir. Çünki, 50 milyondan artıq soydaşımızı birləşdirən atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

YAP Lerik Rayon Təşkilatının sədri, Malik Mirzəyev.

Oxunub: 476
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-07-2022, 10:03

Dil hər bir xalqın varllğının əsas təminatçısıdır.

Gündəm

14-06-2022, 16:36

15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir

Siyasət

12-06-2022, 09:17

Müstəqilliyimizin memarı Ulu Öndər Heydər Əliyev öz əməlləri ilə hələ xalqımızın yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır

Cəmiyyət

10-05-2020, 15:36

Ombudsman: İnsan hüquqlarının təmini və inkişafı Ulu öndərin adı ilə bağlıdır

Siyasət

10-05-2020, 14:04

İran saytı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edir

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Bugün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Bugün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Bugün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Bugün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Bugün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Bugün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Bugün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Bugün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Bugün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Bugün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bugün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə