“Ermənilər səfirliyimizin qarşısında sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də suveren Azərbaycan və Türkiyəyə qarşı torpaq tələblərini səsləndirirlər”.
Xebernur.com-un xəbərinə görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviter hesabında bildirib.
““Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?!”, - deyə diplomat qeyd edib.