
Ötən ilin sentyabrın 13-də Ermənistan sərhədində baş verən təxribatlar zamanı şəhid olan hərbi qulluqçu Səmədov Elmin Mirzəli oğlunun bugün ildönümü qeyd edilib. İldönümündə şəhid valideynləri, Azərbaycan Respublikasının Şəhid ailələri, Əlilər və müharibə veteranlarının hüquqlarının müdafiəçisi Nura Gözəlova, kəndin icra nümayəndələri və s. İştirak ediblər.
Xatırladaq ki, Elmin Səmədov 1996-cı ildə Salyan rayonun Qızılağac kəndində anadan olub. N saylı hərbi hissədə Maxe olaraq fəaliyyət göstərmişdir.
2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma nəticəsində şəhidlik zirvəsinə ucalımışdır.