
Ötən ilin bugünü düşmənin genişmiqyaslı təxribatının qarşısını alan zaman şəhid olmuş Elmir Hüseynovun bugün ildönümü yaşadığı Qaraçala qəsəbəsində qeyd edilib.
Elmir Hüseynov Abdul oğlu 21 iyul 2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuşdur.
2009-2020-ci illərdə orta təhsil almışdır.
Elmir Hüseynov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində sıravi əsgər olaraq hərbi xidmət edirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi iştirak edən Elmir Hüseynov 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur...
Elmir Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.