Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan daha 6 hərbçinin adını açıqlayıb.
Xəbər verilir ki, bununla da şəhid hərbi qulluqçuların sayı 77-yə çatıb. Daha əvvəl bu rəqəm 71 idi.
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Təəssüf ki, erməni təxribatı nəticəsində daha 6 igidimiz şəhadətə ucalıb.
1) DSX-nin baş çavuşu Hüseynli Rəşad Ramiz oğlu (21.05.2000)
2) Əsgər Balaşzadə Röyal Atduxan oğlu (23.11.2003)
3) Əsgər Kəlbiyev İsa Rəhim oğlu (21.09.2002)
4) Əsgər Qarazadə Nicat Malik oğlu (24.10.2002)
5) Əsgər Qənbərli Rəşad Əlizamin oğlu (25.06.1996)
6) Əsgər Süleymanov Turxan İdris oğlu (20.09.2002)
Allah rəhmət eləsin bütün şəhidlərimizə.
Vətən sağ olsun
Allah bütün şəhidlərimizə rəhmət eləsin!