Səngəçal məktəbinin şagirdləri karate turnirində uğur qazanıblar
Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Fəzail Qədimov adına tam orta məktəbin şagirdləri 8 Noyabr – Zəfər Gününə həsr olunmuş karate turnirində yüksək nəticələr əldə ediblər.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda məktəbin şagirdləri uğurla çıxış edərək müxtəlif dərəcəli mükafatlara layiq görülüblər.
Məktəbin direktoru Aynurə Abdullayevanın təşəbbüsü və şagirdlərin idmana marağının artırılması istiqamətində göstərilən diqqət onların uğurlarının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Turnirin nəticələrinə əsasən, məktəbin şagirdlərindən:
I yer:
- Ağazadə Səid İlkin oğlu
- Ağalı Əli Rahib oğlu
- Əsgərli İbrahim Mayıl oğlu
- Feyziyev Əli Taleh oğlu
II yer:
- Aşurlu Məhəmməd Bəhruz oğlu
- Səmədli Həbib Təbib oğlu
- Paşazadə Ömər Paşa oğlu
III yer:
Ağalı İsmayıl Rahib oğlu
Bu nailiyyət məktəbin şagirdlərinin idman sahəsində qazandıqları uğurların göstəricisidir. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam həyat tərzinə və idmana təşviq olunması gənc nəslin inkişafında mühüm rol oynayır.
Fəzail Qədimov adına tam orta məktəbin direktoru Aynurə Abdullayeva şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıb.
Qalib şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, məktəbimizin yetirmələri bundan sonra da əldə etdikləri nailiyyətlərlə müəllimlərini, valideynlərini və doğma məktəblərini sevindirəcəklər.
Hər zaman öndə olun!