Laçın Rayon İcra Hakimiyyəti başçısının 2026-cı il 31 oktyabr tarixli 5-64/3-3-183/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “8 Noyabr - Zəfər Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının Tədbirlər Planı”nın icrası lə əlaqədar silsilə tədbirlər davam etdirilir.
Həmin tədbirlər çərçivəsində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış “Zəfər” parkının ərazisində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.
Akacəkmə aksiyasında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Laçın rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nüamyəndəliklərin əməkdaşları, şəhid ailə üzvləri, müharibə əlilləri, əmək və müharibə veteranları, ziyalılar, ağsaqqallar çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsində canlarını fəda etmiş müqəddəs şəhidlərimizin xatirəsinə ərazidəki “Zəfər” parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək onların əziz xatirəsini hörmətlə yad etmişlər.
Daha sonra ağacəkmə aksiyasına start verilmişdir. Ağacəkmə aksiyasında aksiya iştirakçıları tərəfindən Taxta Körpü qəsəbəsindəki “Zəfər” parkının ərazisində müxtəlif növ ağaclar əkilmiş, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Tədbir iştirakçılarının ağacəkmə aksiyasında xüsusi fəallığı ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.






