• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜR

Gündəm

24-12-2023, 05:54

Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜRBu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.



Dovletxeberleri bildirir ki, dövlət başçısının 62 yaşı tamam olur.



İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.



2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.



2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.



2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.



2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.



Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.



Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb.



Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, 2023-cü ilin sentyabr ayının 19-da həyata keçirilən antiterror tədbirləri nətivəsində ölkənin ərazi bütövlüyünü təmin edib. Dövlət başçısı bu il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. 30 ildən sonra işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar



Ordenlər



Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)İdman təşkilatlarının mükafatları



Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)



Prezident İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.



İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.



Modern.az İnformasiya Agentliyinin kollektivi adından cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edir, dövlət başçısına uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

Oxunub: 277
Paylaş:
Digər xəbərlər

Gündəm

25-10-2023, 15:38

Yeni icra başçısının DOSYESİ...

Gündəm

26-08-2023, 05:38

Mehriban Əliyevanın doğum GÜNÜDÜR

Cəmiyyət

28-04-2022, 09:18

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümüdür

Gündəm

26-08-2021, 09:12

Mehriban Əliyevanın doğum günüdür

Cəmiyyət

11-08-2021, 18:27

SOCAR-ın yeni vitse-prezidenti: Kənan Nəcəfov kimdir? - D0SYE

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Bugün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Bugün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Bugün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Bugün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • Dün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Dün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə