Rusiyanın Tatarıstan Muxtar Respublikasında Nijnekamsk şəhərinin sənaye zonasına kütləvi PUA hücumundan sonra ölənlərin xatirəsinə matəm elan edilib.
Xəbər verilir ki, qərarı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qəbul edib. Bu barədə Nijnekamsk şəhərinin meri Radmir Belyayev məlumat yayıb.
Bundan əvvəl regionun hakimiyyət orqanları Nijnekamskda istehsalat müəssisələrinin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlayıb.
Hücum nəticəsində insanların öldüyü bildirilib, lakin ölənlərin dəqiq sayı açıqlanmayıb.
Bəzi Teleqram kanalları hücum nəticəsində 10 nəfərdən çox ölənin olduğu barədə məlumat yayıb.