Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.
Məlumatıa görə, Prezident İlham Əliyevlə müsahibədə 6 yerli telekanalın təmsilçisi iştirak edib.
Bunlar Azərbaycan Televiziyası (AzTV), Real TV, İctimai Televiziya, Xəzər TV, ARB24 TV, CBC TV-dir.
İki telekanalı onların rəhbərləri təmsil edib – AzTV-nin sədri Rövşən Məmmədov və Real TV-nin direktoru Mirşahin Ağayev müsahibədə özləri iştirak ediblər. Digər telekanallar müsahibədə əməkdaşlar səviyyəsində təmsil olunub. İctimai Televiziyadan müsahibədə Fikrət Doluxanov, Xəzər TV-dən Günel Kərbəliyeva, CBC TV-dən Lidiya Molodtsova, ARB24 TV-dən Çinarə Nurməmmədova iştirak eidb.
Qeyd edək ki, “Space” TV və ATV Prezident İlham Əliyevlə müsahibəyə dəvət olunmayıb.