Avqustun 19-da seçki kampaniyası çərçivəsində Mingəçevir şəhərində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə növbəti görüşümüzü keçirdik.
Tədbirdə YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, Azərbaycan Texniki Universitetin professoru Əyyub Kərimov iştirak edirdi.
Görüşümüz zamanı Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verdik.
Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində, dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğumunu vurğuladıq.
Seçki platforması haqqında geniş məlumat verərək, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizi bildirdik. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal iştiraka çağırdıq.
Görüşün sonunda seçiciləri maraqlandıran sualları dinlədik. Hər problemə xüsusi diqqətlə yanaşıb həlli üçün çalışacağımızı bildirdik.