2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Kəlbəcər rayonu üzrə YAP-ın seçki qərargahının 13.01.2023 tarixdə iclası keçirilib.
İclasda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və qərargah üzvləri iştirak etmişdir.
İclasda Qərargah üzvləri arasında iş bölgüsü əsasında görülən və görüləcək işlərin müzakirəsi, Kəlbəcər rayonu üzrə məntəqə seçki komissiyalarında səsvermə günü müşahidə aparacaq şəxslər haqqında məlumat, Kəlbəcər rayonu üzrə məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlər haqqında məlumat, Kəlbəcər rayon seçki qərargahı tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki, Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayonu üzrə yerli təşviqat qrupu üzvləri haqda və sairə məlumatlar müzakirə edilmişdir.
Eyni zamanda iclasda YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri və Yerli Qərargahın tədbirlər planına uyğun həyata keçiriləcək müvafiq məsələlər müzakirə edilmişdir.