2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Laçın rayonu üzrə YAP-ın seçki qərargahının 19 dekabr 2023-cü il tarixində iclası keçirilib. İclasda YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər müzakirə olunub. Qərargah üzvləri arasında iş bölgüsü və seçkilərlə bağlı cari məsələlər müzakirə edilib.