Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən həlak olan rusiyalı turistlərin sayı 5 nəfərə çatıb.
Xəbər verilir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qrupun tərkibində 19 nəfər olub. Alpinistlərin olduğu ərazidə küləyin sürəti saniyədə 50-70 metrə çatıb, havanın temperaturu mənfi 20 dərəcəyə enib. Onlar əlverişsiz hava şəraitində 3900 metrdən yüksək zirvədə qaldıqlarından kömək istəyiblər.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri alpinistlərin olduğu əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Bununla da alpinistlərin xilasetmə əməliyyatı başa çatıb.