Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib.
Xəbər verilir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri Kumamoto prefekturasının Kumamoto rayonunda, təxminən 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.