Zəngin olmaq istəyən kişi bunun üçün qızını qurban vermək istəyib. Qorxunc hadisə Qananın Böyük Akkra bölgəsində qeydə alınıb.
Xoşbəxtlikdən, adam niyyətini həyata keçirməmiş saxlanılıb.
Məlumata görə, 42 yaşlı Evans Oppong "pul ritualı" yerinə yetirmək qərarına gəlib. Bu məqsədlə o, qızını yerli din xadiminə verib və qurban etməsini istəyib.(oxu.az)