Beyləqan rayonunda silahlı insident olub.
Xəbər verilir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.
Ətraflı
Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.
Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.