Burnley-in qapıçısı Co Hart klubunu dəyişə bilər.
XƏBƏRNUR goal.az-a istinadən xəbər verir ki, Arsenal 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. London klubu bir neçə gün əvvəl ciddi zədə alan əsas qapıçısı Bernd Lenonun əvəzinə Hartı transfer etmək niyyətindədir.
Burnley ilə müqaviləsi iyunun sonunda başa çatacaq Hart, yeni müqavilə imzalamadığı üçün azad agent olaraq istənilən kluba qoşula biləcək.