• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Azərbaycanda impotent kişilərin sayı durmadan artır” – Həkimdən AÇIQLAMA

Səhiyyə

5-06-2020, 03:38

“Azərbaycanda impotent kişilərin sayı durmadan artır” – Həkimdən AÇIQLAMA


XƏBƏRNUR Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış həkim Rəşid Mahmudovun Yenisabah.az-a müsahibəsini təqdim edir:


– Rəşid müəllim, qidaların tərkibi ilə bağlı müzakirələr son vaxtlar daha da intensivləşib. Hətta insanlar arasındakı cırlaşmanı da bununla əlaqələndirənlər var. Siz bu barədə nə düşünürsüz?

– Qida məsələsi çox çətindir, çünki hazırda qidalarımız bərbad haldadır, xüsusilə xaricdən gələn qidalar. Onlar arasında ən zərərlisi palma yağıdır. Bu yağdan istifadə edilməməlidir. Palma yağını marqarinə də, uşaq yeməklərinə də, ümumiyyətlə, çox şeyə qatırlar. Biz aldığımız kərə yağının neçə faizi palma yağıdır. Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan, insanları kökəldən məhsullardan biri də palma yağıdır. Bu, bir bizim ölkəmizdə var. Dünya bundan imtina edib. Bundan əlavə çox qidalar var ki, onlar təzələnməlidir. Cipslər və bu kimi məhsullar satılmamalıdır. Onların tərkibinə xüsusi maddələr vurulur və onlar da orqanizm üçün təhlükəlidir. KFC və “McDonalds”dakı ətlərə baxın, bişirdikcə böyüyür. Polimerdi tamamilə, belə ət olmur. Həmçinin Çində süni yumurta, düyü hazırlanır, biz onu da ölkəmizə gətiririk, başa düşmürük ki, bunlar ölümə səbəb olan, insanları cırlaşdıran şeylərdir. Bütün ölkələrdə qida təhlükəsizliyi ilə məşğul olan qurum yaranıb. Bildirim ki, onun başında qida həkimi durmalıdır. Bizdə isə kimdən xoşumuz gəlirsə, onu Qida Təhlükəsizliyi Agentliyinin başına qoyuruq. Rayonlara gedib qida təhlükəsizliyi adı ilə rüşvət alıb gələnlər var. Şəxsən bizim rayonda da ediblər. Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa, deməli, o millət məhvə məhkumdur. Qida təhlükəsizliyini başqa şeylərlə qarışdırmaq olmaz.



– İddia olunur ki, kişilər arasında impotentliyin artmasında da qidaların mühim rolu var.

– Bəli, bu, tamamilə doğrudur. Az əvvəl də qeyd etdim ki, onlar kişilərimizi kişilikdən salır, qadınlarımız isə doğa bilmir. Çoxunun uşağı olmur, Aytən Səfərovanın yanına qaçıb süni uşaq yaradırlar. Bu, ölkəmizdə olan ən murdar amillərdən biridir.

– Həkimlər hesab edir ki, boşanmaların müəyyən hissəsi məhz sözügedən problemlə əlaqədardır. Bu fikirlə razısınızmı?

– Yediyimiz qidaların bir çoxunda kişiliyə təsir edən amillər var. Palma yağı isə əsas yer tutur. Çox kök olan qadınlar var, bütün gün yeyirlər, bax, onları da o günə qoyan xoşagəlməz qidalardır. Boşanmalarla bağlı olan fikir də doğrudur. Təbii qidalar olmasa, insanlar arasında inkişaf olmayacaq. Qidamızı təmin etməliyik. Hazırda süni ət düzəldirlər. Bu, xarici ölkələrdə də var. Qida xalqın yaşam tərzidir. Onun üzərində mükəmməl disiplin olmalıdır.

– Bu xəstəliyin yaranma səbəbi nədir?

– Qidadan əlavə bir neçə səbəb var. Burada psixika mühüm rol oynayır. Həmçinin ailə tərzi, kasıblıq, narkotika və s. ona təsir edən şeylərdir. Siqaretin özü belə müəyyən qədər təsir göstərir.

– Bildiyimiz qədərilə yaranmış problemin tibbi yolla aradan qaldırılması mümkündür…

– Ola bilər. Bəzi insanlar bundan müalicə alıb və effektini görüb. Lakin effekt görməyənlər də var. Məsələn, dünya narkomaniyanın qarşısını ala bilirmi? Yox. Bunun da qarşısını tam şəkildə almaq çətindir.

– Zərərli bir neçə faktor sadaladınız, hansı ki, onları tamamilə yox etmək mümkün görünmür. Bununla əlaqədar impotentlərin də sayı arta bilərmi?

– Onsuz da çoxdur və durmadan da artır. Bununla bağlı ayrıca verliş hazırlamaq lazımdır. Mən hələ 2012-ci ildə bu haqda televizorda danışmışam. Hazırkı vəziyyət dəhşətdir. Bu, bir xəstəlikdir. Qadının kişi, kişinin qadın kimi davranması orqanizmdə hormon disbalansının yaranması ilə əlaqədardır. Xüsusilə, kişilərdə qadın hormonları artmağa başlayıb. Son vaxtlar bir çox kişilər yanaqlarını qızardır, dodaqlarını boyayır, fırlana-fırlana gəzirlər. Küçəyə çıxın, görün nə qədər “kişi” dufli geyinib gəzir. Əvvəl çox cuzi idi, çəkinirdilər, üzə çıxmırdı. İndi artıq sərbəst hərəkət edirlər. Düzü, hələ Məhəmməd Peyğəmbərin vaxtında bunlar var idi, amma çox az idi. İndi bunu təbliğ edirlər. İnsanları o yola getməyə məcbur edirlər. Seksapatologiya böyük bir elmdir və hazırda dünyada ən çətin sahələrdən biridir. Başqa ölkələrdə çox kişilər özlərinə uşaqlıq köçürdürlər, qadın olmaq istəyirlər, bəlkə bizdə də var. Həmçinin qadınların bəziləri kişi olmaq istəyir. Bunları cərrahi yolla edirlər.

– Hormonal problemi olan şəxslərə qidalarla bağlı nə məsləhət görürsüz?

– Təkcə qidanın boynuna atmaq olmaz. Kasıbı varlandıra bilərsinizmi? Bayaq da dedim, kasıblıq, narkomaniyaya da böyük problemdir və bunların heç birinin qarşısını almaq mümkün deyil. Dövlət səviyyəsində addım atılmalıdır. Bu kimi şeylər qanunla tənzimlənməlidir. Ölkəyə bunların gəlməsinə qadağa qoyulmalıdır. Həkimin dərmanı ilə onların hamısını aradan qaldırmaq olmur. Birinə yüz dəfə de ki, narkotika pis şeydir. O bunu başa düşməyəcək, çünki mühitə düşür və istifadə etmək istəyir, sonda da görürsən ki, uşaq tamamilə əldən gedib. Ona görə də uşaqları nəzarətdə saxlamaq lazımdır.

Oxunub: 848
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-05-2020, 20:24

Koronavirusa ən çox bu şəxslər yoluxub - AÇIQLAMA

Səhiyyə

7-05-2020, 20:16

"Klinikamızda ciyərləri ağır durumda olan xəstələrimizi..." - Yəhudi həkimlə MÜSAHİBƏ

Siyasət

24-03-2020, 13:02

Deputat iş yerlərinin bağlanmasına etiraz etdi — Bu insanlar necə dolanacaqlar?!

Maraqlı

29-02-2020, 10:49

Hansı məhsullar sümüklər üçün faydalıdır?

Cəmiyyət

30-10-2019, 11:22

Şadlıq saraylarında əhalini necə aldadırlar? – AÇIQLAMA

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Dün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Dün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
  • 10-06-2026, 07:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
  • 9-06-2026, 14:30
    Kollecə yeni direktor təyin olundu
  • 9-06-2026, 14:26
    Macarıstanda Nazir və deputatların maaşı iki dəfə azaldıldı
  • 9-06-2026, 11:42
    Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
  • 8-06-2026, 15:37
    Şuşadakı abidələrin köçürülməsi və korlanması qadağan edilir
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə