• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Seçmək və seçilmək mədəniyyəti...- Şərh

Siyasət

31-01-2020, 19:11

Seçmək və seçilmək mədəniyyəti...- Şərh
Sosial şəbəkələrdə hakimiyyəti ittiham etməklə xalqım etimadını qazanmaq mümkün deyil

Ölkəmiz çox mühüm bir siyasi prosesi yaşamaqdadır, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinin ən qaynar mərhələsi davam edir. Seçkidə iştirak hüququ almış müxtəlif siyasi qüvvələrin və ictimai təşkilatların təmsilçiləri, bitərəf və digər namizədlər seçki təşviqatının böyük bir hissəsini geridə qoyublar. Seçki təşviqatında diqqəti cəlb edən bir çox məqamlar var ki, onların təhlilinə ciddi ehtiyac duyulur. Məlum olduğu kimi növbədənkənar parlament seçkilərində 1400-ə yaxın namizəd mübarizə aparır, onların sırasında ictimaiyyətin tanımadığı, cəmiyyətdə heç bir nüfuzu və çəkisi olmayan şəxslərin sayı kifayət qədər çoxdur. Bəzilərinin ümumiyyətlə, seçkidən, seçicidən, qanundan anlayışı yoxdur, bu təsadüfi adamlar anlamırlar ki, parlament ali qanunverici orqandır və orada təmsil olunmaq üçün yüksək elmi savad, bilik və bacarıq, cəmiyyətdə nüfuz və hörməti sahibi olmaq tələb edilir.

YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Milli Məclis ali qanunverici orqandır və qanunları mükəmməl bilən, qanunlarla işləyən, ölkənin ictimai-siyasi, iqtisadi-sosial, elmi-mədəni həyatında baş verən yeniliklərdən xəbərdar olan, yeni qanun yaradıcılığında fəal olan ziyalıların təmsil olunması olduqca vacibdir: "Azərbaycan inkişaf edir, yeni trendlərə uyğun reformalar aparılır. Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmizdə bütün sahələri əhatə edən islahatlardan parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin. Bu baxımdan parlamentin üzvləri də məhz yeni şəraitə uyğun qanunverici təşəbbüslə çıxış edən şəxslər olmalıdır. Deputat xalqın təmsilçisi olmalıdır. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil - deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan şəxsdir, xalqın tribunasıdır. Deputatlar seçiciləri ilə görüşmür və onların problemlərinin həlli üçün heç bir iş görmürlərsə onların Milli Məclisdə nə işi var? Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi də bu kimi zərurətdən yarandı".

V.Abdullayev hesab edir ki, yeni seçiləcək deputatlar ilk növbədə seçiciləri ilə yaxın təmasda olmalıdırlar, onların dərdini, problemini dinləməlidirlər. Gücləri çatan, səlahiyyəti imkan verdiyi qədər problemləri həll etməlidirlər, edə bilmədiklərini aidiyyatı dövlət strukturları qarşısında qaldırmalıdırlar. Hər seçki öncəsi təmsil etdiyi rayona gedib səs istəmək yox, hər ay, hər həftə seçicilərinin yanında olmalıdırlar: "Hazırda seçki təşviqatı ilə bağlı təhlillər təsdiq edir ki, bir çox namizədlər seçkiyə öz ambisiyaları və fərdi məqsədləri naminə qoşulublar və hazırlıqsızdırlar. Azlıqda olan və cəmiyyətdə heç bir nüfuzu olmayanlar iddalı danışmaqla səs qazanacaqlarına ümid edirlər. Onlar anlamırlar ki, sosial şəbəkələrdə siyasi şüarlar səsləndirməklə, dövləti, hakimiyyəti ittiham etməklə xalqım etimadını qazanmaq mümkün deyil. Xalq bu gün internet və mediada yalandan vəd verənləri deyil, həqiqi iş görən, onların sosial həyatına müsbət təsir edən amillərə əsasən, birbaşa onun yanında olan insanları dəstəkləyir. Bəzi namizədlərin seçicilərlə görüşlərə getməməsi, sosial şəbəkələr vasitəsilə plansız və məntiqsiz "təbliğat" aparması da təmsil olunduqları dairənin seçicilərinə qarşı hörmətszilikdir. Belə şəxslərin deputat olmaq haqqı yoxdur və xalqın onlara səs verməyəcəyini indidən söyləmək mümkündür. Seçkiyə fəal qoşulmuş, insanlarla təmasda olan, görüşlər keçirən digər namizədlərə isə hörmətlə yanaşmaq lazımdır. Çünki onların hər biri təmsil olunduqları ərazidə müvafiq imzaları toplayaraq MSK-ya təqdim edib və seçkidə iştirak hüququ qazanıblar. Onlara qarşı hörmətsizlik həmin dairədə imza vermiş insanlara hörmətsizlik olardı. Siyasi mənsubiyətindən asılı olmayaraq onların ədalətli mübarizə aparmasını təqdir etmək lazımdır".

Onun sözlərinə görə, seçki prosesində nəzərə çarpan əsas detallardan biri namizədliyi qeydə alınmış yaşlı nəslə qarşı olan qeyri-səmimi münasibətdir. Bəzi hallarda bəzi şəxslər tərəfindən yaşlı nəslə qarşı sanki bir kampaniya aparılır, onların dövlət strukturlarından, eləcə də Milli Məcllisdə iştirak etmək hüquqlarının əleyhinə yanlış təbliğat aparılır. Şübhəsiz ki, MM-də yaşlı nəslin nümayəndələrinin də yer almasına ehtiyac vardır, onların sırasında kifayət qədər təcrübəsi, səriştəsi ilə iqtisadiyyat, hüquq və dövlət idarəetməsi sahəsində böyük əməyi olan insanlar var, onların da seçkidə iştirak etmək, seçilmək haqqı vardır. Aparılan islahatlar yaşlı nəslin dövlət idarəçiliyindən uzaqlaşdırılması, müxtəlif seçkili orqanlarda təmsilçilik hüquqlarının məhdudlaşdırılması demək deyil. Prezidentin özünün də qeyd etdiyi kimi islahatlar təkamül yolu ilə, təbii yolla, heç bir əyintilərə yol verilmədən aparılır. "Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. Biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə". Dövlət başçısının haqlı olaraq vurğuladığı kimi hər dövlət qarşısında xidməti olan yaşlı insanlara laqeyd, biganə münasibət yolverilməzdir: "Ölkəmizdə gəncləşdirmə siyasəti dərinləşsə də, xalqa və dövlətə xidmət edən hər kəsin dəyəri, əməyi unudulmur, Təbii ki, Azərbaycanda müasir inkişafın lokomotivi gənclərdir, savadlı və vətənpərvər milli təfəkkürlü şəxslərə etimad artır. Azərbaycan cəmiyyətində yeni, ləyaqətli, yüksək təhsilli, geniş dünyagörüşə malik və dərin vətənpərvərlik ruhunda tərbiyə almış gənc nəsil formalaşıb və islahatların əsas aparıcı qüvvəsi gənclərdir. Xalqın dövlətin etimad göstərdiyi bu kadrlara münasibəti çox yaxşıdır və parlament seçkilərində də həmin insanların təmsil olacağına şübhə yoxdur. Eyni zamanda, gənclər və cəmiyyət də etiraf edir ki, bir çox məsələlərdə təcrübəli orta yaşlı nəslin nümayəndələrindən öyrənməli çox şeylər vardır. Onillər dövlət vəzifəsində külüng vurmuş ləyaqətli kadrların sırasında məktəb adlandırıla biləcək ziyalılar, ictimai xadimlər, iqtisadiyyat və hüquq, humanitar elmlər üzrə savadlı ailmlərdən bəhrələnmək dövlət daha da fayda verə bilər. Onların məhz qanun yaradıcılığında iştirak etməsi, həqiqi millətin vəkili olması mümkündür. Buna görə də, bu şəxslərin seçkilərdə iştirakını normal qarşılamaq lazımdır. Yaşlı nəslin nümayəndələrinin seçilib-seçilməyəcəyini isə seçicilər müəyyənləşdirəcək".

Onun bildirdiyinə görə, digər bir məsələ seçki prosesində dövlətin verdiyi xüsusi imtiyaz və güzəştləri olan şəxslərin bu statusundan sui-istifadə etmə cəhdləridir: "Dövlət onlara yaratdığı hər cür imkanları nəzərə alsaq bu statusun sahibi olan şəxslərin seçkilərdə ədalətsizcəsinə mübarizə aparmaq, digər namizədlərdən özlərini xüsusi olaraq yüksək tutmaq və s kimi təşviqat üsullarını qəbul etmək olmaz. Onlar başa düşməlidirlər ki, seçkidə hər bir namizəd eyni statusa malikdir, heç kimin əlahiddə xüsusi üstünlük statusu yoxdur. Azərbaycanın dövlət başçısının məlum çıxışının nəticəsidir ki, seçkiyə qatılmış gənclər, orta və yaşlı nəslin nümayəndələri sözün yaxşı mənasında vətəndaşlara görüşmək üçün sanki yarışa giriblər. Namizədlərin vətəndaşların yaşadıqları ünvanlara baş çəkməsi, xüsusilə də yaşlı insanların, qoc nənələrin ayağına gedərək əllərindən öpməsi özü səmimiyyətin, milli-mənəvi dəyərlərimizdən qaynaqlanan xoş münasibətin nümunəsidir. Cəmiyyətdə müxtəlif cür qarşılansa da, bunu da səmimiyyətin, ağsaqqala, ağbirçəyə olan ehtiramın nümunəsi kimi qəbul etmək lazımdır. Kimim daha layiqli və millətin həqiqi vəkili olmasını xalq müəyyənləşdirir. Prezidentin yeni formalaşacaq parlamentin üzvlərindən gözləntiləri də böyükdür. "Yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir". Dövlət başçısı əmindir ki, Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər"

Oxunub: 699
Paylaş:
Digər xəbərlər

Gündəm

20-01-2020, 18:45

YAP dan olan Namizəd özünü Deputat kimi Qələmə Verdi.

Gündəm

17-01-2020, 19:53

Ictimai fəal Nərmin Şamilova Sumqayıt şəhər 42 saylı seçki dairəsindən namizədliyini irəli sürub.

Siyasət

9-01-2020, 23:11

Deputatlığa namizədlərin NƏZƏRİNƏ

Siyasət

1-11-2019, 10:47

Ən azı 100 deputat yenilənəcək – parlament seçkisi ilə bağlı yeni iddialar

Siyasət

9-10-2019, 15:00

Əli Həsənov: “50 nəfərlik piketi idarə edə bilməyənlər xalqın və dövlətin məsuliyyətini necə daşıya bilərlər?”

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Dün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Dün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Dün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Dün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Dün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə