
Saatlı rayon 62 saylı seçki dairəsində Deputatlığa namizədliyini irəli sürmüş və saxtalıqla qalibiyyəti əldə etmiş Əziz Ələkbərov.
Rayon sakinləri arasında onun namizədliyinin ilk növbədə narazı olduqlarını bildiriblər.
Sakinlərin sözlərinə digərlərində olduğu kimi, bu seçkilər də tam saxtakarlıq şəraitində, çox az seçicinin iştirakı ilə baş tutub. Biabırçı bir seçki adlandırırıq bunu. «Karusel» əməliyyatından istifadə olunmaqla qutuları doldurublar».
Seçkidə pozuntuların olması, xüsusən də, seçki qutularına topa bülletenlərin atılması, bir seçicinin bir neçə məntəqədə səs verməni ilə bağlı videogörüntülər sosial şəbəkələrdə artıq yayılıb.
Bu cür pozuntular rayon sakinlərin çəkdiyi videokamerasından da yan keçməyib, lentə alınmış videofaktlar internet səhifədə yer alıb.
MSK sədri Məzahir Pənahov bu cür faktlara da münasibət bildirib. Bildirib ki, 20 gün ərzində komissiyaya daxil olan bütün müraciətlər araşdırılacaq.
Hüquq mühafizə orqanları bu faktı nəzarətdə saxlamalıdırlar.



