• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə Əslində...

Sosial

5-06-2020, 03:29

Hüseyn Cavidin həbs olunduğu gecə: üzünə duran NASİR və ələ salan TƏLƏBƏSİ



Günay Məlikli ilə Əslində...



“Tabut” maşının - Qara “EMADİN”in növbəti qurbanı

Yay vaxtıdır. Daha dəqiq desək, qanlı 1937-ci ilin 3 iyun gecəsidir. Amma işıqları sönən əksər evlərdə hakim olan səksəkə, qorxu heç kimi yatmağa qoymur. İnsanlar hər ayaq səsindən, hər maşın siqnalından diksinirlər. “Görəsən, bu dəfə kimi aparacaqlar” deyə düşünürlər. Qara “EMADİN” özünü Cavid əfəndi üçün gecikdirmir.

Elə həmin 3 iyun gecəsi balaca evin daxması döyülür. (Həmin ev hazırda Əlyazmalar institutunun yerləşdiyi binada Hüseyn Cavidin ev-muzeyi kimi qorunur). Əvvəlcə, Cavid əfəndi, sonra isə Müşkünaz xanım səksəkəli halda oyanır.

Qapını açan şair DTK zabiti Pavlovun idbar sifəti ilə qarşılaşır. Vəssəlam, bu da son... Artıq hər şey məlum idi. “Evinizdə axtarış aparmalıyıq” deyilir və içəri hərbi formada olan başqa bir neçə nəfər də daxil olur. Nə axtarış? Bu balaca, ikigözlü evdə nə olacaqdı ki, guya? Məram-məqsəd hamıya aydın idi. Cavid əfəndinin sümüyü səksənir. Bir-birini əvəz edən danlaq dolu iclasları, haqqında yazıları danosları gözünün önünə gətirir.

“Axtarın, axtarın, hər yeri axtarın” deyə qışqıran Pavlovun səsi onu yenidən bu dar otağa qaytarır. Pavlov və qulbeçələri guya nəyisə tapırlar: Cavid əfəndinin əlyazma və məktubları, yazı üçün mürəkkəbqabı, qələm, kağızlar, 8 manat 56 qəpik də pul. Vəssəlam, şüttəmam. Yalandan nəyisə yazır, guya protokollaşdırırlar. Artıq uzatmağın bir mənasının da olmadığını görüb Cavid əfəndiyə hazırlaşmağını və onlarla gəlməyini buyururlar. Yalnız indi eynəyini gözünə taxa-taxa, yuxulu halda otağa gələn oğlu Ərtoğrul nələrin baş verdiyini anlamır. Qızı Turan isə şirin-şirin yatır. Beləcə, böyük Cavid əfəndi bu otağı tərk edir...

Həbs olunan zaman evindən tapılan “külli miqdarda” məbləğ - 6 manat kağız, 18 ədəd gümüş pul, bir də kitablar tapılan şairin “günah”ını təsdiqləmək üçün əsaslı dəlillər az idi. Bu səbəbdən, əvvəllər də etdiləri bir “qəhrəmanlığı” etməli idilər – yəni, bir ziyalının üzünə mütləq başqa ziyalını duruzdurmalıydılar. Lazımı şəxs üçün çox da var-gəl etmirlər.

Sibirə aparan “Duel”

Çünki qorxu məngənəsində saxladıqları ziyalılardan çoxusunu soyuq DTK zindanlarında işgəncələrlə bu işə asanlıqla məcbur edə, yaxud da, hələlik azadlıqda olan bir aydını məhz qara zindanla qorxudub istədiklərinə nail ola bilərdilər. Bu dəfə ikinci məqama üstünlü verirlər və vaxtilə Hüseyn Cavidlə birgə işləmiş Mikayıl Rzaquluzadəni dostu ilə “duel”ə çağırırlar:

Araşdırmaçı Aslan Kənan özünün repressiya qurbanlarından bəhs edən həddindən artıq maraqlı tədqiqat kitabında bu barədə yazır:

“13.03.1938-ci ildə “Azərnəşr-”də tərcüməçi işləyən, şair Mikayıl Rzaquluzadəni dindirmək üçün DTK-ya dəvət edirlər. Bu təsadüfi çağırış deyildi. Artıq onlara məlum idi ki, H.Cavid, M.Müşfiq və başqaları haqqında Yazıçılar İttifaqında müxtəlif fikirlər formalaşmaqdadır. Bunu yaxşı dərk edən xüsusi şöbənin əməkdaşları ittifaqın üzvlərindən istifadə etməyi qarşılarına məqsəd qoyurlar...

Rzaquliyev DTK-nın zirzəmisindəki izahatında aşağıdakıları deməyə məcbur edilir:

“H.Cavidlə 1926-cı ildən tanış olsam da, lakin onunla 1933-cü ildən yaxınlıq etmişəm. H.Cavidlə yaxınlıq etdiyim gündən onu bir əksinqilabi, burjua-millətçi kimi tanımışam. O ədəbi yaradıcılığını Türkiyəyə tərəf yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun əksinə yönəldirdi. O, “Peyğəmbər”, “İblis”, “Siyavuş”, “Topal Teymur” və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə yazmış, Osmanlı ideologiyasını həmişə tərifləmişdi. Onun bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı.

H.Cavid “İblis” əsərində Türk ordusunu tərifləyib. H.Cavidi xırda burjua şairi adlandıranda əsəbiləşər və deyərdi ki, o görkəmli burjua şairidir. Yazıçılar İttifaqı və başqa təşkilatlar ondan tələb edirdilər ki, sovet dövründən yazsın.

Lakin o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya sovet ölkəsində daimi qəhrəman yoxdur, onlar hər an dəyişirlər. H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə də o əksinqilabi, millətçi baxışları ilə “mən çəkməçi deyiləm və sifariş qəbul etmirəm”-deyərək, sovet mövzusunda əsərlər yazmaqdan imtina edirdi. H.Cavid mənimlə hər söhbət edəndə ÜİK(b)P və Sovet dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun yaradıcılarına “rusifikasiya” siyasəti apardığını qeyd edirdi.”

Çox təəssüf ki, özünü Sibirdən qorumaq üçün başqasını Sibirə yollatmağa məcbur olan Mikayıl həmin açıqlamadan 17 il sonra təhlükəsizlik zabitlərinə başqa məzmunda açıqlama verdi. Təbii ki, Cavidi bir şair və şəxsiyyət kimi təriflədi:

“Müstəntiq 1938-ci ildə M.Rzaquluzadə tərəfindən verilmiş cavablara münasibətini bilmək istəyəndə məlum olur ki, onun nə dediyi yadında deyil. Ona H.Cavidin əksinqilabi, millətçi fəaliyyəti haqqında heç nə məlum olmadığını, ümumiyyətlə o ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edirdi.

Sonda isə 13.03.1938-ci ildə yazılı fikirlərinin tam əleyhinə olduğunu bildirir.

Repressiyadan əvvəlki repressiya

Qara “EMADİN” Hüseyn Cavidi 1937-ci ilin 3 iyun tarixində evindən aparıbsa, bu o demək deyil ki, dahi dramaturq məhz həmin gün repressiya olunub. Cavidin mənəvi repressiyası uzun aylar idi ki, davam edirdi. Bu gün də adı ədəbiyyat tarixində qalmayan sədr Seyfulla Şamilov və əlaltıları bütün iclaslarda onu haqsız surətdə tənqid edir, barəsində daha sərt tədbir görülməsi üçün əllərindən gələni əsirgəmirdilər.

Bu minvalla partiyadan, ittifaq sıralarından çıxarılan Cavid sonradan işdən də azad edilir. Ailənin səfalətli günləri bundan sonra başlayır. Həm də Cavid əfəndiyə əvvəllər hörmət bəsləyən şəxslər sonradan ya qorxularından ya da hansısa səbəbdən bunun tam əksinə hərəkət etməyə başladılar. Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanım özünün xatirələrində bu barədə maraqlı bir faktı səsləndirir:

“Cavid sevmədiyi adamlarla oturub-durmaq istəməzdi. Bir dəfə söhbət zamanı dedi:

-Bilmirəm nə sirdi, Şaiqin tələbələri (maarifçi, şair Abdulla Şaiqi nəzərdə tutur-red) yüksək vəzifələr tutur, hətta xalq komissarları olurlar. Ancaq mənim tələbələrim arasından nədənsə vəzifəcə böyük adamlar çıxmır. Sonra da bir tələbəsindən danışdı:

-Mən bu adama beş-altı ay dərs demişəm. Gözlərim bərk ağrayırdı. “Tatarski” küçəsində yaşayırdıq. İşsiz qalmışdım, vəziyyətim də çox ağır idi. Metropol mehmanxanasının yanından keçirdim. Həmin tələbəmlə rastlaşdıq. Əynində xəz palto var idi. Salam vermədən mənə dedi:

-Cavid (!) nə düşmüsən, boş-boş küçələri gəzirsən? Gedib bir yerdə işə girsənə?

Elə bildim ki, mənə güllə vurdu. Cavab vermədən kədərli halda yoluma davam etdim”.

Günay Məlikli

Oxunub: 937
Paylaş:
Digər xəbərlər

Maraqlı

6-05-2020, 02:36

Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtar

Cəmiyyət

10-03-2020, 17:32

Keçmiş məhkəmə sədri polislərin əli ilə körpə nəvəsini anasından aldı

Cəmiyyət

26-02-2020, 12:35

Xocalıda zorlanan qızın dəhşətli etirafları

Mədəniyyət

15-10-2019, 10:50

“Maşın Şou”nun finalına 3 nəfər qaldı — Kimlərdir onlar? – DOSYE

Cəmiyyət

7-10-2019, 10:01

"Get əynini dəyiş, başına qara yaylıq bağla, artıq sən şəhid anasısan"

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Bugün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • Dün, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • Dün, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • Dün, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
  • 10-06-2026, 07:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
  • 9-06-2026, 14:30
    Kollecə yeni direktor təyin olundu
  • 9-06-2026, 14:26
    Macarıstanda Nazir və deputatların maaşı iki dəfə azaldıldı
  • 9-06-2026, 11:42
    Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
  • 8-06-2026, 15:37
    Şuşadakı abidələrin köçürülməsi və korlanması qadağan edilir
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
Dün, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Dün, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə