Aktrisa Pərvin Abiyevanın kişilərlə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, aktrisa “Toliklə səmimi” “Youtube” layihəsinin qonağı olub. O bildirib ki, “Maşın-şou”da iştirakından sonra məmurlardan biri ona maşın hədiyyə etmək istəyib:
“Şouda ikinci dəfə iştirak edəndən sonra mənə bir nəfər zəng etdi. Dedi, filan dövlət məmurunun adamıyam, sizə maşın hədiyyə etmək istəyir. Yanımda sevgilim vardı, qəbul etmədim. Sevgilim olmasaydı, o məmur da saf niyyətlə versəydi, götürərdim. Mənə demişdilər ki, şouda olan zaman sənə bahalı hədiyyələr göndəriləcək. Lakin mənə heç vaxt bahalı hədiyyə edən olmayıb”.
O, əlavə edib ki, əvvəllər kişilər daha əliaçıq idi:
“İndi kişilər bicləşib. Əvvəllər müğənnilərə, aktrisalara nələr hədiyyə edirdilər. İndi belə şey yoxdur, qarşılıqsız nəsə etmək istəmirlər”.
Xəbərnur