Xəbər verdiyimiz kimi, ötən gün lent.az-a müsahibəsi zamanı müğənni Vasif Məhərrəmli həmkarı, duet ortağı Xatirə İslamın ailəsi haqqında danışaraq "Xatirəni ərinə yaraşdırmıram" deyib.
Bu açıqlamaya Xatirə İslam cavabsız qalmayıb.
Analoq.Az xəbər verir ki, müğənni sosial media hesabında video paylaşaraq Vasif Məhərrəmlinin açıqlamasını analiz edərək öz fikirlərini də əlavə edib. Videoda həyat yoldaşı ilə görüntülənən müğənni Vasifin dediyi "Fəxrəddin daha yaxşısına layiqdir" sözlərinə pis olduğunu bildirib:
"Fəxrəddin, Vasif Məhərrəmli səni yaman tərifləyib. Bəlkə, ona ürək sözlərini çatdırasan? Bilirəm ki, Vasif o sözü niyə deyib. İstəyir hər kəsə tanıtsın ki, sən necə adamsan. Pis xüsusiyyətlərin də var, aydan arı, sudan duru deyilsən. Amma yaxşı xüsusiyyətin daha çoxdur. Vasif, sənə təşəkkür edirəm. Sən mənim 21 illik dostumsan. Çox sağ ol ki, ailəmə milyonların qarşısında belə dəyər verdin. Adam qəfil oxuyanda pisinə gəlir, düzdür, pis yazmayıblar. Vasif, mənə nə olub ki? Bəzən açıq geyinirəm, haradasa hansısa sözü danışıram, o zaman yazırlar ki, bunun yoldaşı hara baxır? Vasifin məqsədi odur ki, səni yaxşı tanıtsın. Adam səhv də danışa bilər, problem deyil. Vasif mənə deyir ki, pis demişəm? Fəxrəddin yaxşı oğlandır. Vasif, mən də heç pis qız deyiləm. Deyirəm ki, yuxarı qaldırırsansa, ikimizi də qaldır. Məni niyə yerə vurub, onu qaldırırsan? Dostlarımla münasibətim çox səmimidir. Problem yoxdur. Həmişə deyirəm ki, mənə hörmətiniz varsa, onu yoldaşıma edin. Artıq-əskik hərəkət edəndə, söz danışanda yoldaşımın adını çəkməyin”.
Xatirədən Vasifə cavab:
Müğənninin həyat yoldaşı isə "Düz sözə nə deyəsən? Eybi yox, gələn dəfə deyər ki, Xatirə daha yaxşı oğlana layiqdir” sözləri ilə Xatirəyə cavab verib.
Xatırladaq ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə evlidir. Onların bir oğlu var. analoq.az
Xəbərnur