![]()
"Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin virusa yoluxması halları çox azdır”.
Xəbərnur.info-nun məlumatına görə, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə,tibb işçiləriarasında yoluxma hallarıəsasən, kənar xəstəxanalarda çalışan həmkarları arasında müşahidə olunur:
"Bu da koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin özlərini yaxşı qoruması deməkdir. Kənar xəstəxanalardakı tibb işçiləri bu xəstəlik onlara yoluxmaz deyə, qoruyucu tədbirlər görmürlər”.
H.Harmancı qeyd edib ki, son statistikaya görə300 tibb işçisi koronavirusa yoluxub.