• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?

Cəmiyyət / Sosial

16-11-2025, 19:24

Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
2026-cı ildən etibarən Maliyyə Nazirliyinin siyahısında maliyyələşməyəcək qurumlar arasında “Azərbaycan Nəşriyyatı” MMC-nin də yer aldığı məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ötən həftə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu kontekstdə Azərbaycan Nəşriyyatının hansı formada maliyyələşəcəyi məsələsi isə ciddi sual doğurur.

Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Azərbaycan Nəşriyatının maliyyələşməsinin müəyyən bir hissəsi dövlət büdcəsinin, bir hissəsi isə göstərdiyi xidmətlərin hesabına formalaşır.

“Təbii ki, dövlət dəstəyi olmadan Aznəşrin saxlanılması çətin olar. Amma beynəlxalq təcrübədə belə müəsisələr özünü maliyyələşdirir. Ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılmalı olduğunu hesab edirəm. Çünki, xidmət sahələri özlərinin xidmətləri hesabına malıyyələşməlidirlər”.

Sədr müavini vurğulayıb ki, Azərnəşr kitab satışından, çap xidmətlərindən, dövlət sifarişlərindən və beynəlxalq layihələrdən də gəlir əldə edir:

“Həm də icarə haqları da bu müəsisənin gəlirlərinə daxil etmək olar. Xarici ölkələrdə belə xidmətlər daha maliyyə tutumludur və müəsisələrin özlərini saxlamasına kifayət edir. Bu baxımdan Azərbaycan Nəşriyyatı da gələcəkdə tam şəkildə özünümaliyyələşməyə keçəcəyini hesab edirəm”,- deyə deputat qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Hüseyn İbrahimov isə bildirib ki, Azərbaycan Nəşriyyatının fəaliyyəti yalnız orada fəaliyyət göstərən müəyyən dövlət qəzetlərinin maliyyələşdirilməsi ilə məhdudlaşmır.

“Bu, daha geniş və çoxşaxəli bir fəaliyyətdir. Nəşriyyatın maliyyələşməməsi o demək deyil ki, həmin dövlət qəzetləri dövlət büdcəsindən vəsait almayacaqlar. Əgər əvvəllər onlar bu vəsaitləri Azərbaycan Nəşriyyatı vasitəsilə alırdılarsa, indi bu maliyyə yardımları birbaşa qəzetlərin özlərinə ayrılacaq.

Sözügedən dəyişiklik, bir tərəfdən, qəzetlərin fəaliyyətini müstəqil, birbaşa və vasitəçisiz şəkildə həyata keçirməsinə imkan verəcək, onların maliyyə müstəqilliyini və ümumilikdə fəaliyyət azadlığını artıracaq. Digər tərəfdən, bu, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması anlamına gəlmir. Nəşriyyat dövlət maliyyələşməsindən kənarda qalsa da, tenderlərdə iştirak etmək, müxtəlif layihələrdə yer almaq, eləcə də özəl və qeyri-özəl sektorlarla əməkdaşlıq imkanlarına malikdir. Bu baxımdan nəşriyyat fəaliyyətini daha sərbəst təsərrüfat subyekti kimi davam etdirə biləcək”.

Müsahibimiz söyləyib ki, ümumiyyətlə, nəşriyyatların maliyyələşməsi məsələsinə baxsaq, görərik ki, Azərbaycan Nəşriyyatı sovet dövründə formalaşmış bir qurumdur və müstəqillik dövründə də fəaliyyətini davam etdirib:

“İndi isə maliyyələşmə mexanizminin dəyişməsi bu fəaliyyətə yeni bir mərhələ qazandırır. Artıq struktur daxilində olan qəzetlər maliyyəni birbaşa alacaqlar.

Dünyada, xüsusilə Almaniya və digər Qərb ölkələrində nəşriyyatların fəaliyyət formaları müxtəlifdir. Onlar öz maliyyələşmələrini təmin etdikcə, prestijlərini, statuslarını, eləcə də beynəlxalq nəşriyyat sistemində mövqelərini daha da gücləndirməyə çalışırlar. Məsələn, bir çox tədqiqatçılar əsərlərini Almaniyanın nüfuzlu nəşriyyatlarında çap etdirməyə üstünlük verirlər. Bu nəşriyyatlar nüfuzlarını dövlət maliyyəsi hesabına deyil, müasir tələblərə uyğun fəaliyyətləri və peşəkar iş prinsipləri sayəsində qazanıblar”.

Həmsöhbətimizin sözlərinə görə, bu gün nəşriyyatların fəaliyyəti yalnız qəzet nəşri ilə məhdudlaşmır:

“Onlar elmi və təhsil institutları ilə sıx əməkdaşlıq etməli, yerli alimlərin tədqiqatlarını çap etməklə elmi potensialın inkişafına töhfə verməlidirlər. Eyni zamanda, nüfuzlu jurnalların və kitabların müxtəlif dillərdə nəşri imkanlarını genişləndirmək, xarici sifarişlər və qrant layihələri cəlb etmək nəşriyyatın beynəlxalq nüfuzunu artırar.

Bu proses nəticəsində nəşriyyatın imkanları genişlənəcək, fəaliyyət dairəsi böyüyəcək. Əgər Azərbaycan Nəşriyyatı bu yeni şəraitdə fəaliyyətini müasir dünyanın tələblərinə uyğun şəkildə qura bilsə, o zaman öz mövqeyini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə möhkəmləndirə bilər. Hətta gələcəkdə xarici alimlər də burada nəşr olunmaqda maraqlı ola bilərlər”.

H.İbrahimov onu da əlavə edib ki, nəşriyyatın yenidən strukturlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və müasir biliklərə malik kadrların prosesə cəlb olunması vacibdir:

“Bu, 1-2 ilə həll ediləcək məsələ deyil, müəyyən vaxt və ardıcıl fəaliyyət tələb edir. Lakin peşəkar kadrların iştirakı ilə bu sahədə yeni, müasir və rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması mümkündür”,- deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Nəşriyyatı” MMC-nin fəaliyyətinin maliyyələşdirilməsinə 2 352 890 manat vəsait icra edilib, 2025-ci ildə isə 2 228 290 manat məbləğində vəsaitin icrası planlaşdırılır. 2026-cı il üçün isə bu məqsədlə hər hansı vəsait nəzərdə tutulmayıb.

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

19-05-2025, 10:09

2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olub - EKSKLÜZİV

Cəmiyyət

11-03-2025, 17:04

Hökumətin parlamentə təqdim edəcəyi hesabatda nələr var... - Detallar AÇIQLANDI

Cəmiyyət

22-01-2025, 15:23

Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıld

İqtisadiyyat / Sosial

18-11-2024, 11:30

“2025-ci ilin dövlət büdcəsi artan büdcədir” - Komitə sədri

Cəmiyyət

16-11-2024, 10:26

Parlament gələn ilin büdcəsini müzakirə edəcək - Tarix AÇIQLANDI

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Bugün, 16:44
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bugün, 16:27
    Əhalinin gəlirləri artıb
  • Bugün, 14:30
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • Bugün, 14:21
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • Bugün, 10:45
    Tatarıstanda matəm elan edildi: ölənlər var
  • Bugün, 10:20
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • Bugün, 10:09
    “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
  • Bugün, 09:52
    Yerə yeni maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Bugün, 09:49
    Müharibə zamanı Azərbaycan bizə kömək etdi - İran Prezidenti
  • Bugün, 08:59
    Paytaxtın üç əsas yolunda tıxac var
  • Bugün, 08:56
    "Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
  • 7-08-2026, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • 7-08-2026, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • 7-08-2026, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-08-2026, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • 7-08-2026, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • 7-08-2026, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • 7-08-2026, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • 7-08-2026, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • 7-08-2026, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • 7-08-2026, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • 7-08-2026, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • 7-08-2026, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • 7-08-2026, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • 7-08-2026, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • 7-08-2026, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • 7-08-2026, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 7-08-2026, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • 7-08-2026, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • 7-08-2026, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • 7-08-2026, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • 7-08-2026, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • 7-08-2026, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • 7-08-2026, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
Daha çox
7-08-2026, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
7-08-2026, 14:50
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
7-08-2026, 15:42
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
6-08-2026, 10:20
Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə