• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

600-dən çox bal toplayıb, kəsilənlər universitetə qəbul edilsin – DEPUTAT

Cəmiyyət

Dün, 10:32

600-dən çox bal toplayıb, kəsilənlər universitetə qəbul edilsin – DEPUTAT“600-dən çox bal toplayan, lakin müsabiqədən keçməyən abituriyentlərlə fərdi işlənilməli, zərurət yaranarsa, onların seçdiyi ixtisaslar üzrə qəbul planı artırılmalıdır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, ali məktəblərə qəbulun nəticələri təkcə abituriyentlər və onların ailələri üçün deyil, bütün cəmiyyət üçün əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bugünkü abituriyentlər gələcəkdə Azərbaycanın alimləri, diplomatları, müxtəlif sahələr üzrə mütəxəssisləri və savadlı vətəndaşları olacaqlar.

A.Mirzəzadə ildən-ilə qəbul ballarının yüksəlməsini müsbət göstərici hesab edib:

“Vaxtilə əlçatmaz görünən yüksək ballar artıq adi göstəriciyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak edən təxminən 2 min abituriyent 600-dən çox bal toplayıb və onların böyük əksəriyyəti seçdikləri ixtisaslara qəbul olunub. Bu, gənclərin ali məktəbə hələ orta məktəbdən ciddi hazırlaşdıqlarını göstərir”.

Deputat diqqətə çatdırıb ki, yüksək nəticə göstərən 30 abituriyent ali məktəbə qəbul ola bilməyib. Onun sözlərinə görə, buna həmin şəxslərin məhdud sayda ixtisas seçməsi və həmin ixtisaslarda rəqabətin yüksək olması səbəb olub:

“Bəzən abituriyent yalnız bir ixtisası seçir. Həmin ixtisasda ondan cəmi bir bal çox toplayan şəxs qəbul olunur, o isə kənarda qalır. Ailələr də düşünürlər ki, bu il alınmadısa, növbəti il yenidən imtahan verər. Ancaq son illərin statistikası göstərir ki, hər il 600-dən çox bal toplayan müəyyən sayda gənc universitetdən kənarda qalır”.

Aydın Mirzəzadə yüksək bal toplayan abituriyentləri Azərbaycanın “qızıl fondu” adlandırıb və onların təhsildən kənarda qalmasının cəmiyyəti düşündürməli olduğunu vurğulayıb.

“30 nəfər böyük rəqəm deyil. Amma həmin gənclərin hər biri gələcəkdə görkəmli mütəxəssis ola bilər. Təklif edirəm ki, dövlət 600-dən çox bal toplayan bütün abituriyentləri xüsusi diqqətə götürsün. Qəbul olunmayanlarla fərdi şəkildə işlənilsin”, – deputat deyib.

Onun fikrincə, yüksəkballı abituriyentə seçdiyi ixtisasa yaxın alternativlər təklif oluna bilər:

“Məsələn, kimsə yalnız Bakı Dövlət Universitetində yapon dili ixtisasını seçibsə, onunla işləyib başqa vacib dil ixtisasına yönəltmək olar. Yaxud abituriyent mütləq tibb təhsili almaq istəyirsə, ona aparıcı universitetlərdə kimya və ya yaxın istiqamətlər təklif edilə bilər”.

Deputat ikinci variant kimi yüksəkballı abituriyentlərin seçdiyi ixtisaslarda plan yerlərinin bir neçə nəfər artırılmasını təklif edib:

“Hansısa ixtisas üzrə 100 deyil, 103, 105 və ya 107 tələbə qəbul etmək olar. Əlavə yerlər məhz 600-dən çox bal toplayanlara verilsin. Onlar ödənişli əsaslarla qəbul oluna və Təhsil Tələbə Krediti Fondundan yararlana bilərlər. Təxminən 60 min qəbul olunan tələbənin arasında 30 yüksəkballı abituriyent üçün yer tapmaq çətin olmamalıdır”.

A.Mirzəzadə əlavə edib ki, belə mexanizmdən sui-istifadə ehtimalı da nəzərə alınmalıdır. Bununla belə, deputat yüksək nəticə göstərən, lakin yanlış və ya məhdud ixtisas seçiminə görə universitetdən kənarda qalan gənclərlə fərdi işlənilməsinin tərəfdarı olduğunu bildirib.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

22-08-2024, 23:53

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

Cəmiyyət

3-08-2026, 10:07

Kolleclərə ixtisas seçimi başladı

Cəmiyyət

22-08-2024, 14:23

"150-200 bal toplayan şəxslər də universitetə qəbul ola bilir" - Məleykə Abbaszadə

Cəmiyyət

26-08-2026, 09:00

Boş qalan plan yerləri uğrunda ciddi rəqabət gözlənilir

Cəmiyyət

14-02-2024, 10:01

Magistr imtahanlarında ən yüksək bal toplayan ölkə 3-cüsü

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
Hadisə
Dün, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Dün, 09:31
Gəncədə iki nəfər bıçaqlandı
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
Son xəbərlər
  • Dün, 17:54
    Yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil edilib
  • Dün, 17:05
    Dünyanın ən yaxşı qadın tennisçisi məlum oldu - SİYAHI
  • Dün, 17:02
    Mario Çavesə AZAL-da vəzifə verildi
  • Dün, 16:59
    ABŞ səfirliyinin rəsmisi Xankəndi səfərindən yazdı
  • Dün, 16:51
    Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq - Nazir
  • Dün, 16:42
    Abşeronun bu hissəsində içməli su xətləri kanalizasiya sistemi ilə qarışıb? - Açıqlama
  • Dün, 16:36
    Millimiz AÇ-yə bu heyətlə gedəcək
  • Dün, 16:12
    Şagird avtobusları olacaq? - Nazir açıqladı
  • Dün, 15:45
    Müəllimlər vahid geyim formasına keçirlər - Nazir açıqladı
  • Dün, 15:37
    Azərbaycanda bu müəllimlərə əlavə pul ödənildi
  • Dün, 15:28
    Bu il 2,2 milyon nəfər təhsil alacaq - Rəsmi
  • Dün, 15:21
    Həmin sertifikatı Prezidentə təqdim etdi
  • Dün, 14:28
    Hakan Fidan sabah Azərbaycana gəlir
  • Dün, 14:18
    Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR - vaxt qısalır
  • Dün, 14:13
    Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik
  • Dün, 14:07
    Trampın oğlu Qafqaza gəlir - 70 mərtəbəli bina tikəcək
  • Dün, 13:45
    Bərdədə xəstəxananın həyətində doğuş oldu
  • Dün, 13:42
    Dünya Bankında işləyib - Sahil Babayevin müşaviri oldu
  • Dün, 13:39
    Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş sentyabr döyüşlərinin 4 ili tamam olur.
  • Dün, 12:03
    Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
  • Dün, 11:11
    Zelenski Baş prokurorun istefasını tələb etdi
  • Dün, 10:56
    Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
  • Dün, 10:50
    Əli Nağıyev Çinə getdi
  • Dün, 10:32
    600-dən çox bal toplayıb, kəsilənlər universitetə qəbul edilsin – DEPUTAT
  • Dün, 10:31
    Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı – YENİLƏNİB
  • Dün, 10:28
    İranın vitse-prezidenti bu ölkəyə buraxılmadı
  • Dün, 10:19
    Məcnun Məmmədov Fuad Əliyevə vəzifə verdi
  • Dün, 10:15
    Mərkəzi Bankda yeni şöbə yaradıldı, departamentin adı dəyişdiMərkəzi Bankda yeni şöbə yaradıldı, departamentin adı dəyişdi
  • Dün, 10:07
    Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
  • Dün, 09:59
    Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
  • Dün, 09:59
    Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
  • Dün, 09:53
    Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
  • Dün, 09:51
    FHN ötən həftə 41 nəfəri xilas edib - 8-i azyaşlıdır
  • Dün, 09:47
    Qaradağda şəhid Sadiq Əzizlinin xatirəsi anılıb
  • Dün, 09:43
    Uşaqları məktəbə aparanlara XƏBƏRDARLIQ
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
Dün, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə