• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda koronavirusa yoluxma artır: görülən tədbirlər niyə səmərə vermir?

Cəmiyyət

2-07-2020, 18:08

Azərbaycanda koronavirusa yoluxma artır: görülən tədbirlər niyə səmərə vermir?

Azərbaycanda koronavirusa yoluxma halları son dövlər gündəlik 500-600 nəfər təşkil edir. Müqayisə üçün bildirək ki, artıq qonşu Gürcüstan və Türkiyədə COVID-19 bəlasına yoluxanların sayında kifayət qədər azalma var. Ötən dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bir sıra sərtləşdirmə tədbirləri lazımi nəticəni vermədi.


XƏBƏRNUR xatırladır ki, ölkədə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə mart ayının sonundan insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət dayandırıldı.

Aprelin 27-dən etibarən isə qadağaların yumşaldılmasının birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı. Restoranlar, ticarət mərkəzlərinin fəaliyyəti bərpa olundu. Təəssüf ki, bu yumşalmadan sonra bir sıra skeptiklərin proqnozları doğru çıxmağa başladı – ölkədə virusa yoluxma halları kəskin artmağa başladı.

Belə olan təqdirdə şənbə-bazar günləri hərəkətin tam məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildi. Lakin qadağaların ümumi yumşaldılması fonunda 2 günlük sərt tədbirlər əks effekt verdi.

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva etiraf etdi ki, qapanma tətbiq edilən iki gün ərzində məqsədə nail olunmadı:

“Sərt karantin rejiminin tətbiqində məqsədimiz sosial aktivliyi azaltmaq idi. Lakin təəssüf ki, nəticələr istədiyimiz kimi olmadı”.

Sonradan, Operativ Qərargah yenidən aprel ayında tətbiq olunan karantin rejiminə keçidlə bağlı qərar verdi. Lakin son günlərin statistikası onu göstərir ki, xüsusi karantin rejiminə nəzarətdə yenə də effektsiz vasitələrdən istifadə olunur. Belə ki, küçə və prospektlərdə Dövlət Yol Polisi tərəfindən hər bir avtomobilin icazəsi yoxlanılır, uzun tıxaclar yaranır, lakin böyük marketlərdə sosial məsafə qorunmur, axşamlar binaların həyətində onlarla gənc bir yerə toplaşıb saatlarla vaxt keçirirlər.

Report məsələ ilə bağlı radioloq həkim Aydın Əliyevin fikirlərini öyrənib:

“Ölkəmizdə COVID-19-a yoluxma halları ilk başlayanda problemlə mübarizə üçün Prezident İlham Əliyev tərəfindən yetərli qədər vəsait ayrıldı, dövlət dəstəyi göstərildi. Lakin, təəssüflər olsun ki, aidiyyəti qurumlar tərəfindən atılan addımların yaxşı nəticə vermədiyini görürük”.

Onun sözlərinə görə, dünya üzrə dünənin statistikasına baxarkən, Avropa ölkələrinin əksəriyyətində yoluxmanın sayında azalmaların olduğunu görərik:

“Hansı ki, həmin ölkələrin əhalisinin sayı bizimkindən qat-qat çoxdur. Deməli biz düşünməliyik. Mən bir az tənqid edirəm, amma görürəm ki, qeyri-adekvat reaksiya vermək istəyənlər var. Qulaq asmaq lazımdır ki, bəlkə, birindən ağıllı təklif gələcək, onun təklifi effekt verəcək. Xəstəlik ilk başlayanda analiz nəticəsi müsbət olub, lakin heç bir şikayəti olmayan asimptomatik insanları zorla təcili yardım maşınlarına qoyub karantinlərə aparırdılar. O vaxt dedik ki, bu düzgün deyil və heç bir inkişaf etmiş ölkədə bunu etmirdilər. Sonradan ÜST-nin ekspertləri açıqlama verdi ki, analizi müsbət çıxan, asimptomatik insanlar heç yoluxdurucu deyil. Həmin şikayəti olmayan insanlara karantində hədər yerə dərman, yemək, yataq verildi. O insanların çoxu da dərmanları içmədilər, atdılar. Düşündülər ki, onları dərmanla xəstələndirmək istəyirlər. Məntiqli düşüncədir də. Adamın heç bir şikayəti yoxdur, amma dərman verirlər”.

Həkim bildirib ki, həmin səhv addımlar nəticəsində insanlarda inamsızlıq yarandı:

“O zaman mən bəzi dairələrə zəng etdim ki, bu, yanlışdır. Mənə bunu ekspertlərin dediyini əsas gətirdilər. Amma nəticəsi nə oldu? Sonra özləri qərara gəldilər ki, etdikləri səhvdir, simptomsuzlar ev karantinində qalsınlar. Amma bu səhv bizə nə qədər ziyan vurdu? Dərmanlarımızı, tibbi resusları xeyli tükətdi. Daha sonra həftəsonu karantinləri başladı. Nə qədər biabırçı vəziyyət yarandı. Şənbə-bazar hər yeri bağlı olacaq deyə, cümə günü nə qədər adam marketlərə axın etdi. Sonra da yoluxaların sayı şənbə-bazardakından daha çox artdı. Ardınca da sərtləşdirilmiş karantin rejimi tətbiq etdilər. Şəxsi avtomobilində oturan adamlar postlarda çox ciddi yoxlanılır, amma içi dolu ictimai-nəqliyyatı yoxlamadan rahat keçirilirdi. Halbuki bu, əksinə olmalıdır”.

“Bugünkü rəqəmlər də onu göstərir ki, yoluxmada artım var və bizim etdiyimiz tədbirlər səmərəli deyil, dəyişdirmək lazımdır. Nə yaxşı ki postları ləğv etdilər. İctimai nəqliyyata, marketlərə ciddi nəzarət olmalıdır. İnsanlar maskasız gəzir, ara məsafəsini qorumurlar. Marketlərin qarşısında pulsuz maskalar paylanılmaldır. İmkanı çatmayanlar da istifadə etsinlər. Ara məsafəsinin gözlənilməsinə ciddi nəzarət olunmalıdır. Bu mümkündür. Bütün obyektlərdə kameralar var. Bu gün uğur əldə edən ölkələr yalnız bu qaydalara əməl etdilər”,
– deyə A.Əliyev əlavə edib.

Oxunub: 548
Paylaş:
Digər xəbərlər

Gündəm

23-06-2020, 02:05

Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 13 mini ötüb

Cəmiyyət

5-06-2020, 03:01

Azərbaycanda karantin rejiminin ən sərt formasının tətbiq ediləcəyi DƏQİQ TARİX AÇIQLANDI

Cəmiyyət

5-06-2020, 02:54

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

Dünya

2-05-2020, 00:51

Türkiyənin koronavirusa yoluxma və ölümdə azalma müşahidə olunur

Gündəm

2-05-2020, 00:47

Azərbaycanda xüsusi karantin rejiminin müddəti BU TARİXƏDƏK uzadıldı

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Dün, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • Dün, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • Dün, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • Dün, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • Dün, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • Dün, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • Dün, 09:10
    "Brent" ucuzlaşdı
  • Dün, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • Dün, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • Dün, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • Dün, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • Dün, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • Dün, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • 24-06-2026, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • 24-06-2026, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • 24-06-2026, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
  • 24-06-2026, 15:03
    Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi
  • 24-06-2026, 14:52
    Prezident Numan Kurtulmuşu qəbul etdi
  • 24-06-2026, 13:31
    Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
  • 24-06-2026, 12:07
    Qarabağ Universitetində yeni təyinat
  • 24-06-2026, 11:25
    İllik inflyasiya hədəfi - Açıqlandı
  • 24-06-2026, 11:21
    Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS
  • 24-06-2026, 11:18
    Sahibə Qafarova İslam ölkələrinə çağırış etdi
  • 24-06-2026, 09:37
    Valyuta bazarında son vəziyyət: avro gerilədi...
  • 24-06-2026, 09:21
    Türkanda avtomobil piyadanı vuraraq öldürdü
  • 24-06-2026, 09:17
    Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
  • 24-06-2026, 09:14
    İlon Mask trilyonçu statusunu itirdi
  • 24-06-2026, 09:11
    İranın parlament sədri Azərbaycana gəldi
  • 24-06-2026, 09:09
    "Brent" ucuzlaşdı
  • 24-06-2026, 09:07
    Prezident onları təltif etdi - SƏRƏNCAM
  • 24-06-2026, 09:04
    Ziya Öztürkler Bakıdadır
  • 24-06-2026, 09:02
    Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
  • 24-06-2026, 08:58
    Ronaldo rekorda imza ATDI
  • 23-06-2026, 16:58
    Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
Daha çox
Dün, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
24-06-2026, 13:31
Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
Dün, 09:15
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
23-06-2026, 13:27
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. 23.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə