Zibillik, üfunət, baş alıb gedən xəstəliklər: Sakinlərin şikayətinə niyə baxılmır?
Bakının Binəqədi rayonunun sakinləri məişət tullantılarının evlərinin yaxınlığındakı zibilliyə atılmasından şikayət edirlər.
Bu barədə xebernur.com verilən müraciətdə qeyd olunub.
Söhbət Binəqədi Rayon Abay Kunanbayev küçəsindən gedir.
Ərazidə yaşayan sakinlər şikayətlərinə baxılmadığını bildirirlər:
“Buradan gündə neçə nəfər işə gedib-gəlir, üfunətdən nəinki buradan keçmək, heç evdə də oturmaq olmur.
Bura xəstəliklərin mənbəyidir.
Neçə dəfə şikayət etmişik, gəlib maraqlanan, təmizlik işləri aparan olmur”.
Hara baxır buranın Jeki?