Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin problemləri bitmir.
xebernur.com xəbər verir ki, Qəsəbə ərazisində ki, Ruslan Allahverdiyev küçəsi və ora bitişik bir neçə məhəllədə natəmizlik baş alıb gedir.
Ərazidə məişət tullantılarının atılması üçün qabların olmaması, zibilxananın günü-gündən böyüməsinə səbəb olub.
Qəsəbənin icra nümayəndəsi ərazilərə qarşı çox diqqətsizdir və sakinləri görməzdən gəlir.