Bakıda ailəsinin 5 üzvünü baltalayaraq öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi təfərrüatlar məlum olub.
Sonxeber.az.az xəbər verir ki, Space televiziyasında yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl,Danış" verilişində ekspert kimi çıxış edən psixoterapevt Elmir Əkbər bildirib ki, Əhməd 9 ay mualicə alıb sərbəst buraxıla bilər:
"Əgər sübut olunsa ki, Əhməd ailə üzvlərini qətlə yetirən zaman anlaqsız vəziyyətdə olub. Maksimum 9 ay məcburi müalicəyə cəlb olunacaq. 9 aydan sonra yenidən insanlarla bir yaşayacaq".