11.03.2020 tarixində gün Suraxanı rayonunun "50-QƏPİK" Restoranında Şəhid ailələri və Qarabag Qaziləri üçün bayram süfrəsi verildi.
Tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olundu.
Tədbiri təşkil edən, Turksevdasi.org- saytının təsiscisi gənc jurnalist Sevda Zülfüqarlı Qurbanova oldu.
Sevda Zülfüqarlı söylədi ki, mən bu gün burada bir daha əmin oldum ki,mən tək deyiləm və məni sevən Şəhid anaları və Qarabag Qazi qardaşlarım var.
Biz İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək və Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Tədbirin sonunda Sevda Zülfiqarlı Şəhid ailələrinə və Qazilərə bayram hədiyyəsi təşkil etdi.
Hədiyyələri isə Şəhid oglu Xəyal Bağırov təqdim etdi.