Türkiyənin Aydın vilayətinin Akçaova kəndində yerləşən meşə massivindəki yanğınlar söndürülüb.
xebernur.com xəbər verir ki, ötən gün bu ərazidə alov daha da şiddətlənib.
Bu səbəbdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Gecə saatlarına qədər davam edən əməliyyat nəticəsində yanğınlar lokallaşdırılıb və soyutma işləri görülüb.
Qeyd edək ki, yanğınsöndürmə əməliyyatında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xuduyev də iştirak edib.