• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

AYB sədri Anara sərt məktub: “38 illik vəzifədən getməməyin adı nədir?”

Gündəm

24-11-2025, 15:17

AYB sədri Anara sərt məktub: “38 illik vəzifədən getməməyin adı nədir?”Azərbaycan Yazıçılar Birliyinin sədri Anara MƏKTUB

Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibə AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”...

38 illik sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat... anlayışlarını tanımadınız, tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…

Mənsub olduğunuz qurumu necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!

BU QƏDƏR illər bəs etmədimi? Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim? Yox, bu deyilsə ömrünüzün bu çağında 38 illik bir vəzifədən getməməyin adı nədir? Nəyi gözləyirsiniz? AYB sədri kimi etiraf edəcəyiniz ÇOXMU qəbahətləriniz var? Heç şübhəsiz ki, var! AMMA və LAKİN(!) əmin olun, sizin bu gün etdiyiniz etiraflar illərdir ki, səriştəsiz “idarəçiliyinzin” sayəsində göz önündədi... Sadəcə zamanın hökmü, diqtəsi indi onları bir – bir sizin özünüzə də təsdiqlədir.

... VƏ YENƏ, təkrar edirəm, 38 illik bir vəzifədən getməməyin adı nədir?
Yoxsa, unudulmaq qorxusudur, şöhrət hissidir? Əgər, bunlardırsa qətiyyən narahat olmayın, sizi xatırladacaq kifayət qədər əsərləriniz, imzanız var. Ya həqiqətənmi düşünürsünüz ki, əvəzolunmazsınız? Həqiqətənmi düşünürsünüz ki, siz getsəniz Yazıçılar Birliyi məhv olar VƏ YA onu sizdən başqa heç kim idarə edə bilməz? Bu suallara cavabınız varsa, buyurun.

HEÇ OLMASA, bircə dəfə də olsun dönüb ətrafa baxıb, ətrafın bu məsələlərlə bağlı nə düşündüyü haqqında maraqlandınızmı? Təbii ki, mən ətraf deyərkən Elçin Hüseynbəyliləri, Rəşad Məcidləri, Azər Turanları... və bu kimi mövqeyi “güllələnmişlər”i yox, necə deyərlər, illərin dəyirmanından “diri” çıxanları, çıxmaq “gücündə” olanları nəzərdə tuturam.

Hörmətli Anar müəllim, sizin ömrünüzün bu gün mübarizə, mücadilə dönəmi yox, müzakirə, istinad dönəmidir. Hər nə varsa öz vaxtında daha ucadır, daha gözəldir. Siz Yazıçılar Birliyinin rəhbərlik postundan zamanında getməli idiniz... Getməlisiniz.

İNANIRAM Kİ, siz də gələcəyi sevirsiniz... Amma unutmayın! Gələcəyi sevmək gələcəyin qarşısında dayanmaq, gələcəklə “döyüşmək” anlamına gəlmir. İndi Anar gələcəklə “döyüşür”...

Emil Rasimoğlu
yazar
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Oxunub: 327
Paylaş:
Digər xəbərlər

Şou-biznes

10-11-2025, 16:59

“Nəfəs Şahnazın mugamına layiq deyil – jurnalistdən sərt tənqid”

Gündəm

22-04-2023, 06:22

Sahibə Qafarova təxribatla bağlı Volodinə məktub GÖNDƏRDİ

Gündəm

26-10-2022, 08:59

Bu gün Yazıçılar Birliyinə yeni sədr SEÇİLƏCƏK

Gündəm

15-08-2022, 15:56

15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər

Mədəniyyət

14-07-2022, 11:18

Şuşada Vaqif Poeziya Günləri başlayıb

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Bugün, 15:57
    “Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
  • Bugün, 14:44
    Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
  • Bugün, 09:45
    Beş rayonda işıq KƏSİLƏCƏK
  • Bugün, 09:37
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Bugün, 09:20
    İranın ali hərbi komandanlığında yeni təyinatlar - SİYAHI
  • Dün, 16:44
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Dün, 16:27
    Əhalinin gəlirləri artıb
  • Dün, 14:30
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • Dün, 14:21
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • Dün, 10:45
    Tatarıstanda matəm elan edildi: ölənlər var
  • Dün, 10:20
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • Dün, 10:09
    “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
  • Dün, 09:52
    Yerə yeni maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Dün, 09:49
    Müharibə zamanı Azərbaycan bizə kömək etdi - İran Prezidenti
  • Dün, 08:59
    Paytaxtın üç əsas yolunda tıxac var
  • Dün, 08:56
    "Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
  • 7-08-2026, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • 7-08-2026, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • 7-08-2026, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-08-2026, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • 7-08-2026, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • 7-08-2026, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • 7-08-2026, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • 7-08-2026, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • 7-08-2026, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • 7-08-2026, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • 7-08-2026, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • 7-08-2026, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • 7-08-2026, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • 7-08-2026, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • 7-08-2026, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • 7-08-2026, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 7-08-2026, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • 7-08-2026, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
Daha çox
7-08-2026, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
7-08-2026, 14:50
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
7-08-2026, 15:42
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
7-08-2026, 08:55
Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
7-08-2026, 10:52
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə