“İyun ayında maskalardan istifadə olunsa belə toy və digər məclislərin keçirilməsi planlaşdırılmır”.
XƏBƏRNUR xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqindəki çıxışı zamanı bildirib.
R.Bayramlının sözlərinə görə, bu məsələlər epidemiyanın azalmasından sonra planlaşdırılacaq:
“Qərargahda bu məsələ müzakirə edilib. Lakin beynəlxalq göstəricilər onu bildirir ki, toy və digər məclislərin keçirilməsi hazırda çox təhlükəlidir. Epidemiya azaldıqdan sonra, bu istiqamətdə ictimaiyyət məlumatlandırılacaq