• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azad ruhumuzun beşiyi-Laçın”

Gündəm

2-12-2021, 20:32

Azad ruhumuzun beşiyi-Laçın”“Azad ruhumuzun beşiyi-Laçın”

Bu gün gah kürətək qızmar,
Gah da qış kimi ayazam,
Dünya bir ağ kağız ola,
Mən də bircə kəlmə yazam:
LAÇIN!

Fikrimə həmyerlimiz İlham Qəhrəmanın bu sözləri ilə başlamağım heç də gəlişi gözəl sözlər olduğu üçün deyil. Bu misraları düzəndə şair doğma elinin-obasının yaşadıqlarını, arzu və istəklərini duymamış olmamışdır. O hər bir laçınlının və Laçını sevənlərin duyğularının tərcümanı olmağı çox ustalıqla bacarmışdır.
Bu aralar hər birimiz şeirdə də deyildiyi kimi gah qızmar kürə kimi coşqulu, gah payızın qışa borc verdiyi dekabr ayı kimi mülayım. Səbəbini anlamaq üçün elə də zəhmət tələb olunmadığından izah etməyə eytiyac duymuram...
Bir ömür qürbətdə güzəran keçirmək, sağı-solu bilinməyən ağrı-acılarla əhatələnmiş bir mühitdə yaşamaq bizim üçün heç də asan olmamışdır. Uzun illər vətənsiz, doğma el-obasız yaşayan, çətinliklər içidə ömür sürən məcburi köçkün laçınlılarımız onlar üçün yazılmış bu talenin ağır sınaqlarında əyilmədi, sınmadı. Daim həyatla, qarşısına çıxan maneələrlə mübarizə apardı. Bu ona görədir ki, bir vaxtlar havasını udub saf sularından içdiyimiz, torpağının yetirdiyi zənginliyi ilə bitmək bilməyən minbir dərdin dərmanı olan nemətləri: gül-çiçəyi, yarpızı, baldırğanı, qantəpəri, kəklikotusu, neçə-neçə dərman bitkiləri, yağı-qaymağı, şəhdi-balı, barı-meyvəsi ilə dağlarının əzəmətini, poladdan bərk qayalarının dözümlülüyünü, sularının saflığını, yayda-qışda başından bəyaz qarı əksilməyən zirvələrinin məğrurluğunu ruhumuza hopdurmuşdu Laçın.
Laçın rayonu ulu babalarımızın yaşayıb-yaratdığı tarixi torpaqlarımızda yaradılmışdır. Gözəl, səfalı, əzəmətli dağların qoynunda yerləşən Laçının ən böyük memarı, elə Ulu Tanrının özü idi...
Uca yaradan yaratığı sevimli bəndələrinin böyüklüyünü köstərmək üçün hər bir şeyi bəxş eləmişdi Laçın adlı diyarımıza. Tanrıya bir addım daha yaxın olan bu bəxtəvər insanlara nə əlavə xəzinə lazım idi, nə sərvət, nə də var-dövlət. Özünün zəngin və çox qiymətli naz-neməti ilə yaradılışdan təmin olunmuşdu Laçınımız.
Zamanın müxtəlif gərdişlərində yurdumuza yağlı tikə gözü ilə tamah salan bədnam və mənfur məxluqlara-zorla torpaqlarımıza köçürdülmüş ermənilərə bu ilahi gözəllik “rahatlıq” verməmişdir. Elə bunun nəticəsində həmişə arxalandıqları ağalarının dəstəyi ilə bu dilbər guşəyə sahib olmaq üçün o yurdun əsl sahiblərini köçkünə, didərginə çevirməyə çalışmış və təəssüf ki, buna nail olmuşlar.
Yurd həsrəti, el-oba xiffəti nə az, nə çox-düz 30 ilə yaxın davam etdi. Vətən deyib bü dünyadan nakam və narazı gedə nə qədər əzizlərimizin ruhu narahat oldu. Bu narahatlığın fonunda talançı, insanlığın üz qarasına, utanc yerinə çevrilmiş ermənilər milli sərvətlərimizi talamaqla məşğul olmuşlar. Onlar o yerlərin əsl sahiblərinin tarixlər boyun qurub yaratdıqları hər bir şeyi məhv etmək, ulularımızdan miras qalmış hər bir dəyərə qarşı dəhşətli vandalizm aktları həyata keçirmişlər, onları özününküləşdirməyə, bacarmadıqlarını da yer üzündən silməyə çalışmışlar.
Lakin onlar bir şeyi unutmuşdular ki, tikdiyimiz evləri uçura, xalqımızın qədimliyini özündə əks etdirən tarixi-mədəni abidələrimizi, o dövrün yadigarı olan ulularımızın məzarlarını talan edə bilərlər. Ancaq onlar bu xalqın yaddaşını silə bilməz, bu millətin ruhunu sarsıda bilməzlər. Vətənimizin dilbər güşəsini işğal etsələr də birliyimizi işğal edə, yurda, vətənə olan tükənməz sevgimizi talan edə bilməzlər. Düşmənə qarşı nifrətimizin alovunu söndürə bilməzlər.
Və nəhayət, bir gün onların başını əzəcək “Dəmir yumruğ”un zərbinə tab gətirə bilməyəcəklər. Bəli, o “Dəmir yumruq” ki, onların əsl yaddaşını geri qaytarmaqla kim olduqlarını bir daha özlərinə xatırlatdı.
Çox şükürlər olsun ki, Azərbaycan xalqı üzərinə düşən vəzifənin öhtəsindən çox ləyaqətlə gəldi. Qədim-qayım yurd yerlərimizi, ruhumuzun tərcümanı olan Qarabağımızı mənfur yadellilərin tapdağından azad etdi.
Artıq bu gün bir vaxtlar işğal tarixlərini ürək ağrısı ilə qeyd etdiyimiz bölgələrimizin işğaldan azad olunmasını hədsiz sevinclə, böyük qürurla qeyd edirik.
Xalqımızın bu sevincini, bütövlüyünü, qürurunu, böyüklüyünü özünə qaytaran mərd oğullarımıza minnətdarlıq borcumuz ödənməklə bitməz. O oğullar ki, həyatları, canları, qanları hesabına mənəvi yaralarımızı sağaldıb özləri bir ömürlük “yara” ilə yaşamağı seçdilər.
Hazırda azad torpaqlarımızda xalqımız qurub-yaratmağa başlayıb. Bütünlükdə işğaldan azad olunmuş torpaqlarımızda sürətlə yenidənqurmaya start verilib. Ölkə rəhbərliy səviyyəsində genişmiqyasli layihələr həyata keçirilməyə başlanılır. Bu layihələr Laçın rayonunda da uğurla davam etdirilir.
Bir zaman övladlarını ayrılığına saralıb-solan, boynubükük bənövşələrtək qəriblik çəkən Laçınımız indi doğmalarının gəlişini səbirsizliklə gözləyir. Bir doğma ana kimi qoynunda yenidən yer vermək, isti nəfəsilə isitmək, uzun ayrılıqdan sonra könlünün buz bağlamış nisgilini əritmək üçün əzizlərini gözləyir.
İnanıram ki, ən mümkün olan yaxın vaxtlarda Laçınımızın doğmaları ona qovuşacaq. Yenə əvvəlki büsat qurulacaq, elimiz, obamız firavan və şən həyatını davam etdirəcək! O günlər çox da uzaqda deyil...

Laçın rayon Taxtakörpü qəsəbə tam orta
məktəbinin Azərbaycan dili və ədəbiyyat
müəllimi Qənbərov Xanlar Əsgərxan oğlu.

Oxunub: 496
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-11-2021, 15:54

“Laçında gözəl qəsəbələr, kəndlər salınacaq” Müzəffər Ali Baş Komandanın 10 il bundan əvvəl söylədiyi bu fikirlər artıq gerçəkliyə çevrilir

Cəmiyyət

6-09-2021, 15:03

Laçın dəhlizindən Qarabağa gələnlər arasında turistlər də var

Gündəm

5-09-2021, 15:11

“Növbəti hədəf Zəngilan və Laçın hava limanlarıdır”

İqtisadiyyat

20-05-2020, 18:51

“Laçın” tankeri ilk səfərinə çıxıb

Cəmiyyət

30-10-2019, 14:07

Aqil Abbas: “Fədayəni dünyanın bir nömrəli terrorçusu kimi təqdim etmişdilər”

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • 7-08-2026, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • 7-08-2026, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • 7-08-2026, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-08-2026, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • 7-08-2026, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • 7-08-2026, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • 7-08-2026, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • 7-08-2026, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • 7-08-2026, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • 7-08-2026, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • 7-08-2026, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • 7-08-2026, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • 7-08-2026, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • 7-08-2026, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • 7-08-2026, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • 7-08-2026, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 7-08-2026, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • 7-08-2026, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • 7-08-2026, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • 7-08-2026, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • 7-08-2026, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • 7-08-2026, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • 7-08-2026, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • 7-08-2026, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • 7-08-2026, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • 6-08-2026, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • 6-08-2026, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • 6-08-2026, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • 6-08-2026, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • 6-08-2026, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • 6-08-2026, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • 6-08-2026, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • 6-08-2026, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • 6-08-2026, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
Daha çox
7-08-2026, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
7-08-2026, 14:50
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
6-08-2026, 10:20
Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
4-08-2026, 12:18
Avqustun 13-də meteor yağışı olacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə