




Xaçmazda Vətən müharibəsi şəhidi, kəşfiyyatçı snayper Səbuhi Hüseynlinin il mərasimi keçirilib.
xebernur.com xəbər verir ki, o, Vətən Müharibəsinin gedişində, 2020-ci il oktyabrın 26-da başından qəlpə yarası alıb. 155 gün komada qalan hərbçi 2021-ci il aprelin 15-də şəhid olub.
S.Heseynli doğulduğu Xaçmaz rayonun Maqsudkənd qəbristanlığında torpağa tapşırılıb.
Ailə üzvləri, kənd sakinləri, hərbçi dostları bu gün şəhid S.Hüseynlinin məzarını ziyarət edib, xatirəsini hörmətlə anıblar.
Hərbçi yoldaşları S.Hüseynlinin kəşfiyyatçı snayper kimi döyüşlərdə fəal iştirakından, göstərdiyi igidliklərdən danışıblar.
Qeyd edək ki, şəhid ailəli olub, onun atasının adını daşıyan Babək adlı oğlu var.