
Bildiyimiz kimi prezident İlham Əliyev 03.12.20 ci il tarixində imzaladığı sərəncama əsasən hər il 08 noyabr tarixində ölkəmizdə "Zəfər Günü" qeyd edilir. Bu il artıq 2 ildir ki, öz dədə-baba torpaqlarımıza qovuşmuşuq. Əlbətdə buna görə ilk növbədə canından keçmiş şəhidlərə, qazilərə bir sözlə bütün hərbiçilərə borcluyuq. Zəfər günü ilə əlaqədar olaraq Azərbaycanın hər bir yerində silsilə tədbirlər qeyd edilir. Növbəti tədbir Salyan rayonunda həyata keçirilib. Tədbirdə I və II Qarabağ müharibəsi iştirakçıları iştirak edib, şəhidlərin məzarlarını və onların xatirə kompleksini ziyarət ediblər.
8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə sizi ürəkdən təbrik edirik.












My Webpage