• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şeyx müsəlmanları təbrik etdi

Gündəm

19-04-2023, 11:24

Şeyx müsəlmanları təbrik etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib.



Xebernur.com-un məlumatına görə, mətdə deyilir:



"Bismillahir-rəhmanir-rəhim!



Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlər!



Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və ibadətlərinizin qəbul, dualarınızın müstəcab olmasını diləyirik.



Allahın rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və fərəhi hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımıza bu mübarək ay boyunca ibadətlərini böyük iman sevinci ilə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə və xeyir-bərəkətlərinə qovuşmaq nəsib olacaqdır.

Bu ilki Ramazan bayramını Azərbaycan xalqı davam edən Zəfər əhval-ruhiyyəsi ilə qeyd edir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində rəşadəti sayəsində 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti bərpa etdi, şanlı Zəfərə qovuşdu. Vətənin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edərək uca şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, həqarət olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən böyük işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə dövlət başçımızın rəhbərliyi ilə fövqəladə işlər həyata keçirilir, əsarətdən xilas etdiyimiz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidələrə və ziyarətgahlara, yandırılmış torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər salır, hava limanları, müasir yollar inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyev cənabları ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanımla birlikdə Qarabağa, Şərqi Zəngəzura hər bir səfəri zamanı dövlət əhəmiyyətli infrastruktur obyektlərinin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması, yeni məscid binalarının inşası ilə bağlı əsaslı layihə gerçəkləşdirilir. Xalqımız əmindir ki, bütün Qarabağ bölgəsi tezliklə Azərbaycanın ən gözəl, inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir, inşallah!

Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyada əmin-amanlıq üçün dualar edir. Məğfirət, savab ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i -- Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşər! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalibqərar versin! Allah-Təala Azərbaycanı qorusun! AMIN!".

Oxunub: 330
Paylaş:
Digər xəbərlər

Gündəm

23-03-2023, 11:46

Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Cəmiyyət

24-05-2020, 21:34

Şəfaqət Vəliyeva:Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib

Cəmiyyət

24-05-2020, 12:54

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Dünya

24-05-2020, 12:53

Putin müsəlmanları təbrik etdi

Siyasət

24-05-2020, 01:59

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • 7-08-2026, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • 7-08-2026, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • 7-08-2026, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-08-2026, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • 7-08-2026, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • 7-08-2026, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • 7-08-2026, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • 7-08-2026, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • 7-08-2026, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • 7-08-2026, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • 7-08-2026, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • 7-08-2026, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • 7-08-2026, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • 7-08-2026, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • 7-08-2026, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • 7-08-2026, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 7-08-2026, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • 7-08-2026, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • 7-08-2026, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • 7-08-2026, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • 7-08-2026, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • 7-08-2026, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • 7-08-2026, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • 7-08-2026, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • 7-08-2026, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • 6-08-2026, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • 6-08-2026, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • 6-08-2026, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • 6-08-2026, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • 6-08-2026, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • 6-08-2026, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • 6-08-2026, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • 6-08-2026, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • 6-08-2026, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
Daha çox
7-08-2026, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
7-08-2026, 14:50
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
6-08-2026, 10:20
Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
4-08-2026, 12:18
Avqustun 13-də meteor yağışı olacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə